Narınc Rüstəmova "Təsir Dairəsi" verlişində olan Sacəddin Vəliyevin övladlarını müayinə etdi

Narınc Rüstəmova “Təsir Dairəsi” verlişində olan Sacəddin Vəliyevin övladlarını müayinə etdi

Narınc Psixologiya Mərkəzində Xəzər TV-də yayımlanan “Təsir Dairəsi” verlişinin iştirakçılarından olan Sacəddin Vəliyevin iki övladı, Nuray Vəliyeva və Nihad Vəliyev müayinələrdən keçdilər. Ailə daxili problemlər uşaqların psixologiyasına təsirsiz ötüşməyib. Balalarımız mərkəzimizdə həm psixoloji, həm loqopedik, həm sensor-motor dəyərləndirmə, həm də neyropsixoloji aparat müayinələrindən keçdilər. Nihad balamızın 10 yaşı var, verliş boyu studiyaya belə gəlmək istəmədi, aqressiv davranışlar nümayiş etdirdi. Anasının bildirdiyinə görə məktəbdə də problem yaşayır, dərslərində çətinliyi var. Ancaq müayinələrimizdən məlum oldu ki, Nihad bala üstün zəkalıdır, qavraması və anlaması normaldır. Nihad balamızda davranış pozuntusu, öyrənmə çətinliyi, hiperaktivlik, əsəbilik kimi problemlər var.

Nuray qızımızın isə 11 yaşı var. Onda isə diqqət əksikliyi, özgüvən problemi, gecə enurezi var. Həmçinin qardaşı ilə anlaşa bilmir, tez-tez problem yaşayırlar. Nuray balamız da qardaşı kimi bütün müayinələrdən keçdikdən sonra hər iki balaya terapiya proqramı yazıldı və onlar problemlərindən qurtulmaq üçün müəyyən müddət mərkəzimizdə terapiya görəcəklər.

Biz də Narınc Psixologiya Mərkəzi olaraq Nihad və Nuray balamıza əlimizdən gələn bütün dəstəyi göstərəcəyik.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });