Eyni problemdən əziyyət çəkən iki balamız, Rövşanə və Zəhranın valideynləri Narınc Psixologiya Mərkəzinə müraciət etdilər. Zəhra balamız məktəblidir və 10 yaşı var. O ağır kəkələmədən əziyyət çəkir, belə ki, balamız 4 yaşından kəkələyir. Həmçinin Zəhra balamızda bu problemdən sonra həyəcan, çəkingənlik, özgüvənsizlik kimi problemlər də yaranmağa başlayıb. Eyni zamanda Zəhra balamızda əqli gerilik də müşahidə olunur ki, bu da dərlərində geri qalmasına səbəb olur. Belə ki, zəka yaşı 5-6 yaş səviyyəsindədir. Balamızda kəkələmə daha çox ləngimə fonunda yaranan kəkələmə hesab olunur. Ona görə də Zəhra balamızda 3-4 aylıq terapiya müddəti olacaqdır.
Rövşanə balmızın isə 13 yaşı var və 5 yaşından etibarən kəkələyir. Xüsusən həyəcanlananda, dərs danışanda kəkələməsi daha çox müşahidə olunur. Həmçinin qızımızda davranış pozuntusu da var, evdə qardaşları ilə davamlı problemlər yaşayır. Rövşanə balamızda kəkələmə daha çox qorxu,həyəcan və stress mənşəlidir. Zəhra balaya nisbətən Rövşanə qızımızda terapiya müddəti daha qısa təxmini 2 ay müddət üçün nəzərdə tutulur.