Davranış pozuntusu olan Raulun nənəsi Narınc Rüstəmovaya müraciət etdi

Davranış pozuntusu olan Raulun nənəsi Narınc Rüstəmovaya müraciət etdi

Raul balamızın 5 yaşı var. Nənəsi onun problemlərinə görə mərkəzimizə müraciət etmişdir. Belə ki, oğlumuzda davranış pozuntusu, hiperaktivlik var. bu günə qədər bir çox müayinələrdən keçib, nevropatoloqlarda olub. Ancaq nənəsinin də dediyinə görə, təəssüf ki, fayda görməyiblər. Həmçinin Raul balada aqressivlik və diqqət əskiliyi də müşahidə edilir.

Biz də Narınc psixologiya mərkəzi olaraq nənəmizin çağırışını cavabsız qoymadıq və Raul balamızı mərkəzimizdə ilkin müayinələrdən keçirdik. Oğlumuzu Amerika Hiperaktivlk testindən keçirdik, nəticə 90% çıxdı.  Bu da onu sübut etdi ki, hiperaktivlik Raul balada yüksək səviyyədədir. Raul balamız üçün xüsusi proqram hazırlanıb və 2 aylıq terapiya müddəti təyin edilib. Bildirdiyimiz zamandan sonra Raul balamızda gözlə görüləcək qədər irəliləyiş olacaq, hiperaktivliyi azalacaqdır!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!