Uşağı özünüzdən asılı böyütməyin

Uşağı özünüzdən asılı böyütməyin

Psixoloqlar valideynlərinə bağlı böyüyən uşaqların öz həyatlarında sadəcə bir fiqur olduğunu deyərək xəbərdarlıq edir.

Doqquz ay ərzində bətnində daşıdığı körpəsi ilə doğuşdan sonra da daha yaxın ünsiyyətdə olmaq istəyən ananın əmizdirmə prosesini bir az uzatması qarşılıqlı sevgi ehtiyacının başqa cür qarşılanmayacağına dair inancdan qaynaqlanır. Valideyn uşağına bir fərd olmağa kömək etməklə yanaşı, həm də bu yolda onun işini çətinləşdirə də bilər.

Çətin vəziyyətlərdən təkbaşına çıxmalıdır
Bizdən asılı uşaqlar yetişdirmək istəyiriksə, onların yerinə düşünüb qərar veririk. Təkbaşına edə biləcəkləri işləri biz edirik. Onların yerinə seçimlər edir, onlar üçün ən doğru olanı biz bilərik. Bu cür mühitdə böyüyən uşaq həyatı boyunca valideyninə bağlı, özgüvəni az və çətinliklər qarşısında asanlıqla təslim olan bir xarakterə sahib olur. Çətin vəziyyətlərdən çıxa bilmədiyi üçün birinin gəlib onu bu vəziyyətdən xilas etməsini gözləyir.

Uşaqları öz həyatlarında fiqur etməyin
Həyat bir oyundur. Hər birimizə fərqli rollar verilib. Uşaqlarımızın rolunu oğurlasaq, onlara oyunçu deyil, fiqur olduqlarını hiss etdirirək. Uşaqları öz ayaqları üzərində dura bilən bir fərd kimi yetişdirin.

Unutmayın, yoxluğu hiss edən insan kiməsə söykənməyi buraxaraq, öz addımlarını atmağı öyrənir.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });