Peter Pan sindromu

Peter Pan sindromu

Adından da məlum olduğu kimi “Peter Pan sindromu” James Matthew Barrienin yazdığı eyniadlı romanındakı böyüməyi rədd edib, həmişə uşaq qalmaq istəyən qəhrəmanın adından bəhrələnilib. İlk dəfə 1983 cü ildə psixoanalitik Dan Kiley tərəfindən işlədilən bu sindrom fərdi ictimai vəzifələrin və məsuliyyətlərin başlaması ilə ortaya çıxır və asasən 25-40 yaş arası kişilərdə daha çox rast gəlinir.

Peter Pan sindromlu insanlar böyümək və yaşlanmaq istəmir, işə başlamaq, ailə qurmaq, övlad sahibi olmaq kimi yetkin insanlar üçün normal olan fəaliyyətlərin heç birini həyata keçirə bilmirlər.

Bu sindroma sahib çox insan fərdi məsuliyyətlərindən qaçıb, rahat və qayğısız bir həyat sürmək istədikləri üçün ailələrinin yanında yaşamağı üstün tuturlar. Sindrom əsasən kişilərdə rast gəlinsə də eyni əlamətləri göstərən bir çox qadın da var.

Mütəxəssislər bu sindroma sahib insanların artımını dəyişən iqtisadi şərtlərlə də əlaqələndirirlər. İnsanlar işlərindən ayrıldıqdan sonra yeridən iş axtarmaq üçün motivasiyalarını itirdiklərindən valideynlərdən iqtisadi dəstək alırlar. Bu isə – ailəylə yaşamaq yaradıcılığı, müstəqilliyi, azadlığı, kəşf etmə duyğusunu öldürməklə bərabər dəyərdədir.

Peter pan sindromunun səbəbləri

  • Valideynlərin həddindən artıq qoruyucu olması, sərhəd qoya bilməmələri
  • Ailə daxili paylaşımların az olması və sevgisizlik

Həddindən artıq qoruyucu valideynlərlə böyüyən uşaqlar kiçik yaşda məsuliyyət almağı və problem həll etməyi öyrənə bilmədikləri üçün, böyüyüb yetkinliyə addım atdıqda bu dünyanın çətinliklərinə uyğunlaşmaqda problem yaşayırlar.

Peter Pan sindromunun əlamətləri:

  • 12-17 yaş – Məsuliyyətsizlik, narahatlıq, təklik, və cinsi rol qarşıdurmaları ilə özünü göstərir. Bəzifə və məsuliyyətlərdən qaçıb tək qalma istəyi
  • 18-22 yaş – Özünü həddindən artıq nəyənçə, narsist və şovinist rəftrlar sərgiləmək
  • 22-25 yaş – Qeyri müəyyən və ümumi bir doyumsuzluq halı, bədbəxtlik və narahatlığa söykənən şiddətli böhranlar keçirmək
  • 26-30 yaş – Nöyümüş bir yetkin rolu oynamaq
  • 31-45 yaş – Evlənib uşaq sahibi olunsa belə həyatı monoton yaşayan və darıxdırıcı görən ümidsiz yanaşma tərzi
  • 45+ yaş – Depressiv ruh halında olmaqla yanaşı, gəncliyi yenidən yaşama istəyi, həyatı darıxdırıcı görmək və bundan xilas olma arzusu hökm sürür.

Tərcümə: Firuzə Qənizadə. BDU Psixologiya Kurs-4

Mənbə: American Academy of Child and Adolescent Psychiatry

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });