Hamilə qadın necə qidalanmalıdır?
Hamiləlik dövrü sağlam və dözümlü uşaq orqanizminin quruculuğu dövrüdür. Buna görə gələcək ananın düzgün qidalanması doğulacaq uşağın sağlamlığının təminatıdır. Natamam qidalanma kimi, normadan artıq qidalanma da təhlükəli hesab olunur. Natamam qidalanma uşaqsalmaya, dölün çəkisinin azalmasına və onun həyat qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Artıq qidalanma isə ananın və dölün çəkisinin artmasına səbəb olur, iri ölçülü […]
Qeysəriyyə kəsiyi əməliyyatı nə zaman olur?
Hal hazırda bəzi hamilə qadınlar buna heç bir ciddi səbəb olmadan təbii doğuşdan imtina edərək, qeysəriyyə kəsiyi əməliyyatını seçirlər. Bu çox səhv yanaşmadır. Bütün digər cərrahiyyə əməliyyatlarında olduğu kimi, qeysəriyyə kəsiyi əməliyyatı da yalnız buna ciddi göstərişlər olduğu halda tətbiq edələ bilər (yəni vaginal doğuş mümkün deyil və ya ana və uşaq üçün təhlükəlidir). Qeysəriyyə […]
Uşağınız məktəbə hazırdırmı?
Sentyabr qabağı valideynlər övladları ilə birlikdə məktəbə hazırlaşırlar. Xüsusən 1-ci sinifə gedirsə bu hazırlıq daha fərqli və daha gərgin tempdə gedir. Təzə kitab, qələm, çanta, geyim və s. alınır. Uşaqlar isə məktəbə getmək üçün həvəslə sentyabrın 15-ni gözləyir. Vaxt gəlib çatır, məktəbə gedir və hər şeyin düşündüyü kimi olmadığını görür. Evdə 10:00-da hətta daha gec […]
Sol əl ilə yazıram
Sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Əziz valideynlər, gəlin, uşağımız niyə solaxaydır deyə narahatlıq keçirməyək. Çünki burada heç bir faciəvi hal yoxdur.Sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Solaxaylıq ya irsən keçir, ya da baş beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu funksiyanı sağ yarımkürə öz üzərinə götürür.Bəzən bu proses […]
Dərs oxumaq istəməyən uşaqlar
Uşaqlar dərs oxumağı, ev tapşırıqlarını yerinə yetirməyi böyük problem hesab edirlər. Mütəxəssislərin fikrincə, bunun başlıca səbəbi diqqət əskikliyidir. Müşahidələrimiz göstərir ki, əgər uşaq dərs oxumamaq üçün hər vasitəyə əl atırsa burada nə isə bir çatışmazlıq var. Uşağınız bütün cəhdlərinizə baxmayaraq, yazı masasında oturmursa və ya oturduqdan sonra qələm, pozan ilə oynayırsa, ayaqyoluna getmək, su içmək […]
Uşaqlarda imtahan qorxusu
Axşam bütün ailə qonaq otağında söhbət edirdilər.Ata və anası qızları Günayın dərs ilini başa vurduğu üçün cox sevinirdilər.Ancaq Günay o qədər dəə sevincli deyildi.Sonra Günay valideynərindən otağına getməsi üçün icazə istədi.O,otağına keçdi çarpayısına uzandı.Çox düşüncəli və narahat idi.Öz –özünə fikirləşirdi mən iki ay sonra imtahanları neynəyəcəm.Elə bu düşüncə ilədə yuxuya getdi.Səhər anası Günayı dərsə getmək […]
Uşaqları səhər necə oyatmaq lazımdır?
Uşağı məktəbə gedən valideynlər üçün səhər saatları olduqca çətin keçir. Uşağın yataqdan qalxmaması, əl-üzünü yumaq istəməmə, yemək stoluna oturmaması və yemək yeməməsi ana-atanı gərgin vəziyyətə salır. Bu gərginliklə günə başlayan uşağın məktəbdə problem yaşamaması, yoldaşları ilə savaşmamasını düşünmək çətindir. Günü pozitiv yaşamağın ən əsas şərti, səhərin o tərzdə başlamasıdır. Bəs, bu necə olacaq? Uşaqlar necə […]
Televizora baxmaq uşaq psixologiyasında nə kimi fəsadlar yaradır?
Televizor, şübhəsiz, zaman tələlərinin başında gəlir. “TV-Turnoff Netvork”un (Televizoru söndürün şəbəkəsi)məlumatlarına əsasən ABŞ-da ailələrin böyük əksəriyyətində 8 saat televizor seyr edilir. Bu, 70 illik ömrün 23 ilinə təqabül edir. Araşdırmaya görə bu ölkədə 8-16 yaş qrupundakı uşaqların yarısının otağında mütləq televizor olur və 1 yaşlı uşaqlar belə həftədə 6 saat televizora baxırlar. Daha qəribə fakt […]
Disleksiya-Öyrənmə çətinliyi
Disleksiya nədir? Disleksiya kəliməsi çətinlik və ya yoxluq mənasına gələn “dis”və dil mənasını verən “leksiya” sözlərinin birləşməsindən yaranan kəlimə olaraq dil yoxluğu, çətinliyi mənasını verir. Disleksiya uşağın zəka səviyyəsi, sosial-mədəni çevrəsi və uşağın öyrənmə istəyinin normal olmasından asılı olmayaraq yarana bilər. Belə ki, heç bir fiziki/psixoloji pozuntusu olmayan şəxslərdə də normal və yetərli dərəcədə tehsil […]
Uşağı məktəbə necə hazırlamaq olar?
Körpəniz böyüdü və artıq məktəbə getməyə hazırlaşır. Yeni həyatı, yeni dostları və məşğuliyyətləri olacaq. Hər yeni başlanğıcda olduğu kimi burada da sizi şirin həyəcanlar gözləyir. Bəzən isə bu həyəcan bir az daha artır və artıq siz narahat olmağa başlayırsınız. Burada da bütün məsuliyyət siizn üzərinizə düşür. Uşağı məktəbə hazırlamaq üçün bir neçə məsləhət: Uşağın yaşayacağı […]