Pis vərdişlərin psixoterapiyası
Fərdin somatik və ruhi sağlamlığını, ailə,sosial və iş adaptasiyasını pozacaq dərəcədə təsir göstərən davranışlar pis vərdişlər olaraq dəyərləndirilir. Bu qrupa müxtəlif maddələrdən asılılıq, həmçinin televiziya və internet asılılığı da daxildir. Alkoqol, siqaret, maddə (narkotik maddələr) istifadəsi bu təsnifata aid edilir. Asılılıq maddə istifadəsi əsnasında ortaya çıxan və şəxsin əvvəldən dəyər verdiyi davranışlarından prioritet qazanan bir […]
Soyqırımı uşaqlara necə izah edilməli?! -PSİXOLOJİ YANAŞMA
Hər bir ölkənin sağlam gələcəyi onun vətandaşlarının keçmiş tarixini unutmamasındadır. Sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq. Vətən hər zaman “Ana Vətən” kimi simvolizə olunur. Çünki hər bir insan üçün onun valideynləri xüsusən anasının onu dünyaya gətirməsi, bəsləməsi, qoruması vətən ilə eyni mənanı kəsb edir. Sağlam ailədə böyüyən, valideynləri ilə sağlam münasibətdə olan […]
Uşaqlarda Minimal Beyin Disfunksiyası
Minimal Beyin Disfunksiyası diaqnozu rast gelinən uşaqlarda oyanıqlığın artması, emosional qeyri-labillik, zəif nəzərə çarpan sensomotor və nitq pozğunluqları, qavramanın pozğunluğu, diqqətsizlik, davranışdakı çətinliklər, təcrübi vərdişlərin formalaşmasının çatışmazlığı və intellektual fəaliyyətin seçici defisiti əlamətləri ilə müşayiət olunan simptomlar göstərilir.Bu vəziyyətlər mərkəzi sinir sisteminin perinatal zədələnməsi,yarımçıq doğulma,erkən yaşda kəllə-beyin travması və neyroinfeksiya ilə əlaqədar beynin yüngül ocaqlı […]
Uşaqlarda özgüvən problemləri
Özgüvən nə deməkdir?Özgüvən bütün insanlar üçün çox önəm kəsb edən duyğudur.Özgüvən insanın özünə və ətrafındakıların onun üçün verdiyi qiymətdən asılıdır.Özgüvən elə bir duyğudur ki, uşaqlıq dövründən artıq formalaşmağa başlayır.Uşaqlarda özgüvənin inkişafına nələr təsir edə bilər?Özgüvənin inkişafında xüsusi ilə uşaqlıq dövrünün ilk 3-4 yaş arasındakı ana-atanın uşağa təsiri, uşagı necə yetişdirməsi ,uşağın özü haqqında fikirlərinin yaranması […]
Uşaqlarda Davranış Pozuntusu – Kaprizlər
Hazırda uşaqlar arsında ən çox rast gəlinən narahatlıqlardan biri davranış pozuntusu və kaprizlərdir.Demək olar hər 10 uşaqdan 7-sində bu problemə rast gəliniƏksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur,davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda […]
Uşaqların psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar
Övladınızı olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin.Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun.“Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən “ sən hər kəsdən yaxşı olmalısan” deyə övladınıza psixoloji gərginlik yaşatmayın. […]
UŞAĞIM SÖYÜŞ SÖYÜR! UŞAĞIM SÖYÜŞ SÖYÜR
Bəzən uşağımızın pis sözlər danışdığını, ətrafındakıları təhqir etdiyini, söyüş söydüyünü görürük. Elə isə nə etməli? Bunun qarşısını almaq üçün hansı addımları atmalı?…Bu məsələdə yol verdiyiniz ən böyük səhvlərdən biri də uşağın ağzından pis söz eşidən kimi sərt reaksiya verməyimizdir:“Bir daha bu sözü səndən eşitməyim, yoxsa pis olar”, “Ağzına bibər sürtərəm”, “Bu sözləri həyətdə öyrənirsən, bir […]
Kiçik yaşlı uşağın psixologiyası-ƏTRAFLI
Kiçik yaşlı uşağın psixologiyasını öyrənmək hər bir valideyin üçün vacib amildir.2 – 3 yaşlı uşaq müstəqillik qazanmış , fərqli yerlərə(bağça kimi) artıq ayaq açmışdır.Yeməyini özü yeyir,bəzi geymlərini özü geyinib soyuna bilir.Sevdiyi adamı və əşyalarını heç kimlə paylaşmaq istəməz.Nə qədər müstəqil yaşamaq istəsə də asanlıqla yaxınlarından ayrılmaq istəməz.Bu da sadəcə olaraq yeniyetməlik sindromu kimidir.Öz-özünə oyun oynamaq […]
Uşağa xərcliyin düzgün verilməsinin psixoloji təsiri
Böyük yaşlarda puldan doğru istifadə etmə,balaca vaxtlardan öyrədilən vərdişdən çox aslıdır.Ailələr uşaqlarına xərclik verərkən özünü nəzarətdə saxlamalı və konkret mövqeləri olmalıdır.Xərclik yaxşı bir hərəkətə mükafat və ya hər hansı öhdəliyində olan işinə ödəmə deyildir.Xərclik uşağa seçməyi,məsuliyyət hissi daşımağı öyrətmək üçün vasitə olmalıdır.Pul qazanmaq nə qədər vacibdirsə,pul xərcləmək də o qədər vacibdir.Uşaqlara verilən xərcliklər,yeniyetmə yaşında pulu […]
Diqqət dağınıqlığı haqqında hər şey
Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını eyni aydınlığı ilə qavraya bilmirik. Onlardan bəzilərini aydın qavradığımız halda, bəzilərini ya olduqca az qavrayır və ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır.Diqqət psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir. Biz yönəlişlik dedikdə idrak fəaliyyətinin seçici xarakter daşımasını, […]