Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Diqqət dağınıqlığı haqqında hər şey

Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını eyni aydınlığı ilə qavraya bilmirik. Onlardan bəzilərini aydın qavradığımız halda, bəzilərini ya olduqca az qavrayır və ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır.
Diqqət psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir. Biz yönəlişlik dedikdə idrak fəaliyyətinin seçici xarakter daşımasını, mərkəzləşmə dedikdə isə hal-hazırkı fəaliyyətə aid olmayan bütün obyektlərdən uzaqlaşmanı nəzərdə tuturuq. Əgər insan psixikasının strukturuna istinad etsək, biz diqqəti həm bir proses kimi, həm psixi halət kimi, həm də şəxsiyyətin bir xassəsi kimi nəzərdən keçirə bilərik.
Diqqətin funksiyaları: seçmə, saxlama və nəzarət funksiyaları.
Həmişə, insan ona təsir edən çisim və hadisələrdən həyatı üçün daha əhəmiyyətli olanı seçir, psixi fəaliyyətini onun üzərinə yönəldir və onun ətrafında mərkəzləşdirir. Bu zaman ikinçi dərəçəli, kənar təsirlərə əhəmiyyət vermir. Şübhəsiz bu çür seçmə halı olmasa insanın lazımi obyektləri aydın qavraması mümkün olmazdı. Əhəmiyyətli və əhəmiyyətsiz obyektləri bir birindən ayırmaq məhz diqqətin seçmə funksiyasının köməyi ilə həyata keçir. Diqqətin həyata keçirdiyi ikinçi mühüm funksiya saxlama finksiyasıdır. İnsanın hər hansı bir obyekti lazımı şəkildə dərk etməsi üçün psixi fəaliyyətini, diqqətini müəyyən vaxt ərzində həmin obyektin üzərində saxlaması tələb olunur. Bu baxımdan diqqətin həmin funksiyanı yerinə yetirməsi də mühüm əhəmiyyət kəsb edir.Diqqətin üçünçü mühüm funkiyası fəaliyyətin gedişini tənzim etmək və ona nəzarət etməkdir. Bu funksiyanı yerinə yetirməklə diqqət insanın fəaliyyətini bir növ tənzim edir.
Diqqətin insanın həyat və fəaliyyətində rolu. Diqqətin insanın həyat və fəaliyyətində rolu əvəzolunmazdır. Diqqət olmadan insan nə duya, nə qavraya, nə fikirləşə, nə də hər hansı bir işi, hərəkəti yerinə yetirə bilməzdi.
Diqqət ruhumuzun elə yeqanə qapısıdır ki, şüurumuzda olan hər bir şey mutləq buradan keçir. Ona görə də dərs zamanı şagirdlər, iş görən zaman işçilər həmin qapını açıq saxlamalıdırlar.
Diqqətin fizioloji mexanizimləri
Diqqət də öz fizioloji mexanizimlərinə malikdir. Diqqəti adətən sinir sistemlərinin müxtəlif səviyyələrində yerləşən «süzgəcə» bənzədirlər və bu funksiyanı əsasən retikulyar formasiyanın-yəni törəməli şaxənin həyata keçirdiyi təsdiq olunmuşdur.
Diqqətin fizioloji əsaslarını başa düşməyəoptimal oyanma ocağı haqqında təlim də xüsusi rol oynayır. Bu təlimə görə baş beyin yarımkürələrində hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı mövcud olur. Sinir proseslərində beynin bir sahəsində yaranan oyanma prosesləri baş beynin digər sahələrində ləngimə yaradır və əksinə. Diqqətimiz məhz həmin oyanma sahəsilə bağlı olur. Oyanma nə qədər güclü olursa onun ətrafındakı ləngimə də bir o qədər güclü olur. Məsələn, çox vaxt hər hansı bir maraqlı kitabı oxuduğumuz zaman və ya hər hansı filmə baxdığımız zaman ona o qədər aludə oluruq ki, bizi çağırdıqlarını hiss etmirik.
Diqqətin növləri
Diqqətin 3 növünü qeyd edirlər: qeyri-ixtiyari, ixtiyari və ixtiyaridən sonrakı diqqət. Qeyri-ixtiyari diqqət diqqətin daha sadə növüdür, o heç bir iradi cəhdlə, məqsədlə bağlı olmayan diqqətdir.
Qarşıya məqsəd qoymadan psixi fəaliyyətimizin müəyyən obyekt üzərinə yönəlməsi qeyri-ixtyari diqqət üçün xarakterik haldır. Bu zaman bizi əhatə edən cisim və hadisələr diqqətin seçiciliyini təmin edir.
Qeyri-ixtiyari diqqətin yaranması üçün qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdırlar. Bura qıcıqlandırıcıların intensivliyini, gözlənilmədən təsirini, onlar arasındakı kontrastı, təsir etmə müddətini, həmçinin qıcıqlandırıcıların yeniliyi və qeyri-adiliyini, şəraitin kəskin dəyişməsini və s. aid etmək olar.
Qeyri-ixtiyari diqqətə səbəb olan digər amillərə isə biz insanın maraq və tələbatlarına, onun daxili vəziyyətinə üyğun gələn qıcıqlandırıcıları aid edə bilərik..
Qeyri-ixtiyari diqqətdən fərqli olaraq ixtiyari diqqət insanın şüurlu məqsədi ilə bağlıdır.
Fizioloji səviyyədə ixtiyari diqqətin tənzim olunmasında beynin alın payı iştirak edir.
İxtiyari diqqət əvvəlcə məqsədyönlü xarakter daşıyır və iradi cəhd tələb edir, lakin sonra fəaliyyətin məzmunu insan üçün o qədər böyük maraq kəsb edir ki, artıq iradi cəhd tələb olunmur.
Məhz buna görə də həmin diqqəti ixtiyari diqqət adlandırmaq olmur. Çünki bu zaman psixi fəaliyyət iradi cəhdlə başlasa da sonradan bu cür iradi cəhd göstərilmədən davam etdirilir. Onu qeyri-ixtiyari diqqət adlandırmaq da mümkün deyildir. Çünki bu işə iradi cəhdlə başlanılmışdır. Məhz buna görə də diqqətin həmin növünü N.F.Dobrinin ixtiyaridən sonrakı diqqət adlandırmışdır. Adətən, ixtiyaridən sonrakı diqqətə keçid insanın artıq iradi güc sərf etməsinin qarşısını alır.
Diqqətin yayınmasına gəldikdə bu, hər hansı bir fəaliyyət zamanı diqqətin qeyri-ixtiyari olaraq əsas işlə əlaqəsi olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən ibarətdir. Diqqətin yayınması ilə mübarizə tədbirlərindən biri işlədiyimiz yerdə kənar qıcıqların mümkün qədər olmamasına çalışmaqdır. Lakin buna həmişə nail olmaq mümkün olmur. Bəzən istər-istəməz bir sıra yayındırıcı qıcıqlandırıcıların təsir göstərdiyi şəraitdə işləməli oluruq. Ona görə də diqqətimiz yayınır. Bu cəhəti nəzərə alaraq insan özündə həm sakit şəraitdə, həm də kənar qıcıqlandırıcıların təsir göstərdiyi şəraitdə işləmək bacarığı aşılamağa çalışmalıdır.
Diqqətin yayınması hallarından birini dədalğınlıq təşkil edir. Dalğınlıq insanın öz diqqətini mərkəzləşdirə bilməməsində ifadə olunur. Dalğınlıq halının iki şəklini ayırd edirlər. Birincisi, ixtiyari diqqətin zəifliyində ifadə olunan dalğınlıqdır. Bu zaman insan öz diqqətini müəyyən bir obyekt üzərində mərkəzləşdirə bilmir, onun diqqəti davamsız olur və tez-tez yayınır. Uşaqlarda və yaşlı adamlarda bu cür dalğınlığa tez-tez rast gəlmək olur. Bunun səbəbi çox yorulmaq, insana təsir edən güclü emosional amillər, xəstəlik, uşaqda ixtiyari diqqətin tərbiyəsinin düzgün təşkil edilməməsi ola bilər.
İkinci halda dalğınlıq diqqətin hər hansı bir obyekt üzərində çox güclü, gərgin şəkildə mərkəzləşməsində ifadə olunur. Bunun sayəsində kənar qıcıqlandırıcılar onu yayındıra bilmir, insan sanki ətraf aləmi unudur. Bu nöqsan diqqəti paylamağı və bir obyektdən digərinə vaxtında keçirməyi bacarmamaqda ifadə olunur.
Əlbəttə biz uşaqların həyatının ilk aylarında yalnız qeyri-ixtiyari diqqətlə rastlaşırıq. İxtiyari diqqət rüşeymləri 1 yaşın axırında, 2-ci yaşın əvvəllərində təzahür etməyə başlayır. İxtiyari diqqətin inkişafında biz xüsusilə oyun fəaliyyətinin rolunu qeyd etməliyik. Oyun situasiyasında uşaq öz hərəkətlərini oyunun qaydalarına uyğunlaşdırmağı öyrənir. Məktəbəqədər yaşlı uşağın ixtiyari diqqəti öz davamsızlığı, emosionallığı ilə fərqlənir. Lakin tədricən iradi cəhd və təlim sayəsində uşaq öz diqqətini idarə etməyi öyrənir. Qeyd etmək lazımdır ki, məktəb təlimi ixtiyari diqqətin inkişafında xüsusilə böyük əhəmiyyətə malikdir. Əgər kiçik məktəblilər öz davranışlarını idarə edə bilmirlərsə və onlarda qeyri-ixtiyari diqqət üstünlük təşkil edirsə, artıq yuxarı siniflərdə məktəbli uzun müddət hər hansı fəaliyyət növü ilə məşğul ola, öz davranışına nəzarət edə bilir. Lakin 13-14 yaşlarında müşahidə olunan və yorğunluğa, əsəbiliyə səbəb olan bəzi fizioloji dəyişikliklər yenidən diqqətin bəzi xüsusiyyətlərinin aşağı enməsinə gətirib çıxarır. Lakin bu hadisə nəinki uşağın orqanizmində baş verən fizioloji dəyişikliklərlə, həm də təəsürat bolluğunun təsiri ilə baş verir.
Diqqətin xüsusiyyətlərinə adətən aşağıdakıları aid edirlər.
1) Diqqətin mərkəzləşməsi (konsentrasiyası). Bu zaman şüur yalnız bir obyekt və ya fəaliyyətə yönəlir, digərlərindən uzaqlaşır.Diqqətin mərkəzləşməsi o deməkdir ki, insanın bütün psixoloji aktivliyi müvəqqəti olaraq mərkəzləşir və lazım olan obyektə yönəlir.Diqqətin mərkəzləşməsi zamanı sanki digər obyekt və hadisələr, kənar qıcıqlar sezilmir.
2) Diqqətini davamlılığı. Diqqətin uzun müddət, fasiləsiz və mərkəzləşdirilmiş formada ümumi bir məqsədə tabe olan obyektlər üzərində saxlanması ilə ifadə olunur.Diqqətin davamlığı sinir sitemi, temperament tipləri, motivasiya, şəxsi maraqlar, tələbatlar və eyni zamanda ətraf mühit, xarici təsirlərdən də asılıdır.Davamlılıq diqqətin müvəqqədti xüsusiyyətidir.
3) Diqqətin həcmi. Eyni vaxtda əhatə olunan, aydın dərk olunan obyektlərin miqdarı ilə müəyyən edilir.Adətən böyüklərin diqqətinin həcmi 4-6, uşaqlarınkı 2-3 arasında olur.
Diqqətin davamlılığı 1 – 2yaş 5dəqiqə, 2 -3 yaş 10dəqiqə, 3-4yaş 15-20dəqiqə, 4-5yaş 20-30dəqiqə, 5-6yaş 30-40dəqiqə,6yaşdan yuxarı 45dəqiqə olur.
Diqqətin həcmi yalnız genetik amillərdən deyil, həmçinin fərqin qısa müddətli hafizəsinin imkanlarından da asılıdır.Diqqətin həcmi eyni zamanda insanın peşə vərdişləri, əhvalı, sağlamlığı, maraqları ilə də bağlıdır.
4) Diqqətin paylanması. Diqqətin eyni vaxtda iki və daha artıq obyektə yönəldilməsi bacarığı ilə xarakterizə olunur.Diqqətin paylanması zamanı sanki diqqətin bir neçə fokusu (mərkəzi) eyni vaxtda bir neçə işi icra etməyə imkan verir və onlardan heç biri diqqətdən kənarda qalmır.Şahidlərin yazdığına görə, Naroleon eyni vaxtda yeddi işi icra edə bilmək qabiliyyətinə malikdir.
5) Diqqətin keçirilməsi. Bu zaman şüurlu surətdə diqqət bir obyektdən başqa obyektə və ya bir fəaliyyətdən başqa fəaliyyətə yönəldilir.Diqqətin keçirilməsi ixtiyari və qeyri-ixtiyari olur.İxtiyari –şüurlu şəkildə iradənin nəzarəti altında obyektin qavranılmasına yönəlişlik, qeyri-ixtiyari isə gözlənilmədən, daha güclü qıcıqlandırıcının təsiri ilə diqqətin başqa obyektə yönəlməsidir.İnsanın lazımi anda diqqətini müəyyən obyektin üzərinə yönəldə bilməməsi isə dalğınlıq adlanır. Dalğınlığın səbəbləri müxtəlif ola bilər. Diqqətin başlıca xüsusiyyətləri-onun keçiriciliyi, davamlığı, həcm, paylanması, cəmləşməsi və konseptrasiyasıdır.
6) Diqqətin tərəddüdü- Onun intensivlik dərəcəsinin qeyri-ixtiyari olaraq dövrü dəyişmələri ilə ölçülür. (2-3 12 saniyəyədək).
7) Diqqətin yayınması – qeyri-ixtiyari olaraq diqqətin şüurlu və niyyətli halda yerdəyişməsidir. Bədən tərbiyəsi dərsindən sonra riyaziyyat dərsinə keçmək).
8) Diqqətin pozulması – müəyyən müddət diqqətin tonlaya bilməmək, dalğınlıqdır. Buna “şüurun daralması” da deyirlər.(Dalğınlıq – diqqətsizlik).Diqqətin kollektiv, qrup və fərdi olmaqla 3 əsas tipi fərqləndirilir.
Diqqətin patologiyası dedikdə aşağıdakı xüsusiyyətlər nəzərdə tutulur:
Diqqətin davamsızlığı.
Diqqətin ləngiməsi.
Diqqətin durğunluğu.
Diqqətin daralması ( beyin damarlarının aterosklerozunda olur).
Diqqətin zəifləməsi (kəllə travmalarında) (gözlərini ən güclü qıcığa zilləyir, heç bir reaksiya vermir). İnsan beyni çox mürəkkəb funksiyaları yerinə yetirir. O, yalnız ətraf aləmdən informasiyanı qəbul etmir, həm də onu hifz edib saxlayır. Hər gün biz yeni məlumatlar əldə edirik, hər gün bizim biliklərimiz zənginləşir.İnsanın bildiyi hər şey müəyyən müddət onun beyin “xəzinəsində” saxlanılır.
Beyindəki diqqət və davranış idarəsi ilə əlaqədar olan bölgələr kifayət qədər aktiv deyil.
Diqqətin asanca dağılması, həddindən artıq hərəkətlilik və düşünmədən hərəkət etmə beyindəki bu mərkəzlərin yaxşı çalışmamasının nəticəsidir.
Beyin zədələnilməsi
Genetik faktorlar
Diqqət çatışmamazlığı: diqqət aşağıdır, əşyaların detallarında uzun müddət diqqətini cəlb etməyə qadir deyil, səhvlər edir.
Diqqətini saxlaya bilmir: uşaq tapşırığı sona kimi yerinə yetirə bilmir.
Ona bilavasitə müraciət edəndə elə təəssürat yaranır ki, sanki eşitmir.
Təlimatları birbaşa yerinə yetirmir və ya onları sona çatdıra bilmir.
Üz fəaliyyətinin təşkili ilə bağlı çətinlik çəkir, tez-tez bir məşğuliyyətdən digərinə keçir.
Uzunmüddətli əqli gərginlik tələb edən tapşırıqlardan qaçır və ya xoşlamır.
Ehtiyac duyduğu əşyaları tez-tez itirir.Kənar səslərin təsirindən diqqəti asanlıqla yayınır.
Hiperaktivlik və impulsivlik:
Həyəcanlanan zaman əl və ayaqları ilə intensiv hərəkətlər edirlər.
Yerindən tez-tez durmalıdır.Yerindən kəskin qalxmalar və həddən artıq qaçışlar.
Sakit hərəkətlərdə iştirak etmək çətinliyi.”Motor qoşulmuş” kimi hərəkət edir.
Məşğələlər zamanı yerindən qışqırmalar, digər səsli-küylü hərəkətlər və s.
Sual bitməmiş cavab verir.Oyun, məşğələ zamanı öz növbəsini gözləyə bilmir.
Digərlərinin söhbət və fəaliyyətlərinə müdaxilə edir
Qarışıq tip
Diqqətin pozulması və hiperaktivlik əlamətlərinə rast gəlinir.
Aktiv Uşaq Hiperaktiv Uşaq
Hərəkətlilikdə davranış uyğun və davamlıdır.Hərəkətlilikdə davranış məqsədsizdir.
Hərəkətlilik mьəyyən bir məqsədə istiqamətlənmişdir.Uşaqlar reaksiyalarını idarə edə bilmirlər və idarəsiz davranırlar.
Diqqət toplamaq lazımdırsa, uşağın hərəkətliliyi azalır. Diqqət toplamaq lazımdırsa, uşağın hərəkətliliyi artır.
Narahat uşaqlarda hərəkətlilik mühitə istiqamətlidir. Stressli vəziyyətlərdə hərəkətlilikləri artar.Həddindən artıq hərəkətli uşaqlar həyəcanverici mühitlərdə sakitləşərkən, normal vəziyyətlərdə hərəkətlilik səviyyələri artar.
Aktiv uşaq daha çox tanış mühitlərdə aktivdir Hiperaktiv uşaq hər yerdə aktivdir.
Hiperaktiv uşaqlar tənqidə və danlanmağa o qədər də diqqətli deyillər, buna baxmayaraq , tərifə qarşı çox həssasdırlar .
Uşağın bütün həyatının təşkili ona sakitləşdirici təsir etməlidir.
Tez-tez onu etdiyi müsbət əməllərə görə təriflənməlidir.Uşaqla fiziki kontakt çox vacibdir.
Uşağın həddindən artıq yorulmaqdan qorumaqlazımdır.Yorğunluq özünütənzimi azaldır və hiperaktivliyi artırır.
Məmmədova Elnarə
Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu
dushunce.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!