“Uşaq özünə qapalıdırsa, bu valideynlərə bir siqnal olmalıdır“ – Psixoloq açıqladı
“Yəqin ki, bir çoxumuzun ətrafında çəkingən, ünsiyyət qurmayan, özünə qapanan uşaqlar var. Bu məsələ ilə bağlı biz psixoloqlar da son zamanlar çox müraciətlər alırıq. Valideynlər bu vəziyyətdən şikayət edirlər, xüsusən yeniyetmələrdə bu kimi hallarla tez-tez qarşılaşırıq. “Bunu depressiya adlandırmaq olarmı? və ya Uşaqlar depresiyyaya düşə bilərmi? Valideynlər bunu uşaqlarının hansı davranışlarından anlamalıdırlar?” tipli suallar ünvanlanır. […]