Övladınızın kəkələməyini istəmirsinizsə
Körpənin lap erkən yaşlarından nitqinin inkişafı yaşlıların nitqini fəal yamsılamasından meydana gəlir. Lakin bunu da nəzərə almaq lazımdır ki, yamsılama nitqin inkişafında ən böyük amil olmaqla bərabər, həm də ən böyük təhlükədir. Belə ki, körpənin nitqinin formalaşması və inkişafının ilk mərhələlərində onu əhatə edən yaşlıların düzgün olmayan nitqi bu prosesə mənfi təsir göstərəcək, böyüklərin nitqini […]
Uşaqlarda nitq geriliyinin səbəbləri
Bilirik ki, insan doğulan kimi onun nitqi mövcud olmur. Uşaq inkişaf etdikcə nitq əmələ gəlir və formalaşmağa başlayır, yəni ətrafdakıları, böyükləri təqlid etməklə inkişaf edir. İlk öncə uşaq anadan olan kimi ağlayır, narahatçılığını, aclığını ağlamaqla biruzə verir. 4-5 ayında səs eşidərək səs gələn tərəfə çevrilir, anasını tanıyır, hirsli və mehriban danışıq tərzini ayıra bilir. Ucadan […]
Uşaqlarda Hidrosefaliya xəstəliyi
Hidrosefaliya (yunan. “hidro” – su, “sefalon” – baş) zamanı beyinin mədəciklərinin ölçüləri artır. Bunun səbəbi beyində likvorun həcminin artmasıdır.Likvor beyinin mədəciklərində hazırlanan və beyinin normal fəaliyyəti üçün çox vacib olan xüsusi şəffaf suya oxşayan mayedir. Bu maye burada daim hazırlanır və daim da geri sovrulur. Likvorun geri sovrulması prosesində müxtəlif səbəblərə görə pozulmalar baş verə […]
Autik uşaqlarla rəftar
\Autist uşaqları olan valideynlər tez-tez özlərinə belə bir sual verirlər: Niyə bu məhz bizim başımıza gəldi? Bundan qaçmaq olarmı? Bu suala cavab yoxdur. Bir neçə versiya mövcuddur, lakin bunların heç biri tamamilə sübut edilməmişdir. Əvvəllər hesab edirdilər ki, autizm intellektin az olmasıdır. Hal-hazırda isə sübut edilmişdir ki, bu belə deyil. Autist uşaqlar arasında təxminən 30% […]
İnkişaf geriliyi
Nitq bacarığının formalaşması üçün psixi inkişaf normal səviyyədə olmalıdır.Nitq qarşısındakı insanın dediklərini eşitmək,anlamaq,cavabı beyində hazırlayıb,səsləndirmək kimi mürəkkəb bir prosesdir.Bu prosesin yaranması üçün səs və tənəffüs sistemi,artikulyasiya orqanları düzgün koordinasiyalı işləməli,eşitmə,görmə,hərəki bacarıqlar,emosiyalar lazımı qədər inkişaf erməlidir. Hər bir uşaq məlum yaş dövrlərində müəyyən bilik,bacarıq və vərdişlərə yiyələnməlidirlər.Bu bacarıqlara sahib olmamaq inkişafdan geri qalmaqdır.İnkişaf geriliyi özünü müxtəlif […]
Bu günün aktuallığı – Autizm.
Autizm 3 yaşından əvvəl başlayan və ömrüboyu davam edən, uşağın sosial adaptasiya və ünsiyyət qurma bacarıqlarını, stereotip (təkarlanan) davranışlar müşahidə olunan, beyin inkişafını ləngidən bir narahatlıqdır. Bu qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir. Autizm öncələr düşünüldüyü kimi sevgi və diqqət azlığından, ünsiyyət əksikliyindən ya da uşağın keçmiş həyatı ilə bağlı psixoloji travmalarından qaynaqlanmır. Xəstəliyin […]
Daun sindromu
Daun sindromu 1866-ci ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti hesab olunan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu “monqolizm” adlandırıb. Sonralar bu xəstəliyi kəşf edən alimin şərəfinə “Daun sindromu” adını alıb. Belə uşaqlar bir-birinə oxşayır, streotipləri eyni olur. Yəni, boy qısa olur, əqli inkişafdan geri qalırlar, kəlləsi kiçik və yumru olub […]
Uşaqlarda oxuma və öyrənmə çətinliyi – Disleksiya.
Uşaqların böyük bir qismi 1-ci sinifə başladıqdan sonra 3-4 ay ərzində oxuma-yazmaya başlayır və bu bacarıq qısa müddətdə formalaşıb, inkişaf edir. Elə valideynlərin övladından gözlədiyi də budur amma təəssüf olsun ki, məktəbə yeni başlayan uşaqların təxminən 10%-i üçün bu təbii proses o qədər də asant keçmir. Bəs problem nədir? Gündəlik həyatda övladlarında gördüyü bu problem […]
Afaziya və onun yaranma səbələri
Afaziya yunan sözü olub, mənası nitqin itirilməsi deməkdir. Afaziya orqanik mərkəzi mənşəli ağır nitq pozuntusuna aid edilir. Afaziya ən çox ahıl yaşlı adamlarda beyin-qan dövranın pozulması nəticəsində əmələ gəlir. Afaziyanın yaranmasına nitqin müəyyən dövr formalaşmasından sonra baş beynin nitq sisteminin müxtəlif cür orqanik pozulması səbəb olur. Mövcud patalogiya zamanı baş beyin qabığının alın, əmgək , […]
Dislaliya və onun korreksiyası
Dislaliya sözü yunancadan tərcümədə “ dis” pozulma, “laliyo” nitq , yəni pozulmuş nitq deməkdir. Bildiyimiz kimi nitq 5 yaşına kimi tam formalaşıb qurtarır, lain bəzi uşaqlar bu yaş həddini keçmələrinə baxmayaraq, onların səs tələffüzündə qüsurlar qalmaqda davam edir. Normla eşitmənin mövcud olduğu belə nitq qüsuru dislaliya adlanır. Dislaliya mexaniki və funksional ola bilər. Mexaniki dislaliya […]