Bu günün aktuallığı – Autizm.
Autizm 3 yaşından əvvəl başlayan və ömrüboyu davam edən, uşağın sosial adaptasiya və ünsiyyət qurma bacarıqlarını, stereotip (təkarlanan) davranışlar müşahidə olunan, beyin inkişafını ləngidən bir narahatlıqdır. Bu qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir. Autizm öncələr düşünüldüyü kimi sevgi və diqqət azlığından, ünsiyyət əksikliyindən ya da uşağın keçmiş həyatı ilə bağlı psixoloji travmalarından qaynaqlanmır. Xəstəliyin […]
Daun sindromu
Daun sindromu 1866-ci ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti hesab olunan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu “monqolizm” adlandırıb. Sonralar bu xəstəliyi kəşf edən alimin şərəfinə “Daun sindromu” adını alıb. Belə uşaqlar bir-birinə oxşayır, streotipləri eyni olur. Yəni, boy qısa olur, əqli inkişafdan geri qalırlar, kəlləsi kiçik və yumru olub […]
Uşaqlarda oxuma və öyrənmə çətinliyi – Disleksiya.
Uşaqların böyük bir qismi 1-ci sinifə başladıqdan sonra 3-4 ay ərzində oxuma-yazmaya başlayır və bu bacarıq qısa müddətdə formalaşıb, inkişaf edir. Elə valideynlərin övladından gözlədiyi də budur amma təəssüf olsun ki, məktəbə yeni başlayan uşaqların təxminən 10%-i üçün bu təbii proses o qədər də asant keçmir. Bəs problem nədir? Gündəlik həyatda övladlarında gördüyü bu problem […]
Afaziya və onun yaranma səbələri
Afaziya yunan sözü olub, mənası nitqin itirilməsi deməkdir. Afaziya orqanik mərkəzi mənşəli ağır nitq pozuntusuna aid edilir. Afaziya ən çox ahıl yaşlı adamlarda beyin-qan dövranın pozulması nəticəsində əmələ gəlir. Afaziyanın yaranmasına nitqin müəyyən dövr formalaşmasından sonra baş beynin nitq sisteminin müxtəlif cür orqanik pozulması səbəb olur. Mövcud patalogiya zamanı baş beyin qabığının alın, əmgək , […]
Dislaliya və onun korreksiyası
Dislaliya sözü yunancadan tərcümədə “ dis” pozulma, “laliyo” nitq , yəni pozulmuş nitq deməkdir. Bildiyimiz kimi nitq 5 yaşına kimi tam formalaşıb qurtarır, lain bəzi uşaqlar bu yaş həddini keçmələrinə baxmayaraq, onların səs tələffüzündə qüsurlar qalmaqda davam edir. Normla eşitmənin mövcud olduğu belə nitq qüsuru dislaliya adlanır. Dislaliya mexaniki və funksional ola bilər. Mexaniki dislaliya […]
Diqqətin korreksiyası
Psixologiyada diqqətin mahiyyəti ilə bağlı çoxlu sayda tədqiqatlar həm diqqətin psixoloji mahiyyətini, həm fiziolji əsasını, həm də növlərini və xüsusiyyətlərini araşdırmaqla məşğuldur. Bu tədqiqatlarda əsasən diqqət idrak prosesi kimi goturulmus və onu bu aspektdə təhlil etmişlər. Lakin sonralar bununla bağlı tədqiqatlarda fikir dəyişilirdi. Çünki, diqqət digər idrak proseslərindən fərqli olaraq həmin idrak proseslərinə daxil olur […]
Texnikanın uşaq psixikasının inkişafına təsiri
Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində günün tələblərinə uyğun olaraq kompüter, televizor və telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin adını çəkdiyimiz cihazlardan istifadə nə qədər zəruri olsa da, hamımıza məlumdur ki, sağlamlıq hər şeydən vacibdir. Kompüter, televizor və telefondan ən çox istifadəyə meyilli olanlar isə uşaqlardır. Uşaqların saatlarla televizor, telefon və ya kompüterə bağlı […]
Psixomotor inkişaf geriliyi
Minimal beyin disfunksiyası termini valideynlərə çox tanışdır. Belə uşaqlarda beyin funksional sisteminin gecikməsi olur, bu da davranış, nitq, diqqət, yaddaş, qavrama, hissetmə və s. psixi fəaliyyət növlərində özünü göstərir. Ümumiyyətlə uşaqlıq- insan həyatının təməlini qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu dövrdə əsaslanır. Uşaq beyni çox həssas və elastik olur, onun qəbul etdiyi informasiya bəzən […]
Nitqi ləngidən fizioloji amillər
Nitqin pozulması nitq ünsiyyətinin məhdudluğu uşağın şəxsiyyətinin formalaşmasında mənfi təsir göstərə bilər, psixi təbəqələşmə və emosional-iradi sahədəspesifik xüsusiyyətlər yaradar(utancaqlıq, neqativizm, acizlik və.s.) Nİtq pozğunluqlarının səbəbi iki istiqamətdə izah olunur.Nitq pozuntularının yaranmasında aparıcı rol mərkəzi sinir sisteminin və periferik nitq aparatının pozulmasından götürülür. Normal uşaqlarda da nitq ləngiməsinə rast gəlinir. Bu bir neçə səbəbdən ola bilər. […]
Autzimli uşaqların emosional sferada inkişafı
Autzimli uşaqların emosional sferada inkişafı Hər bir yaş dövrünün özünəməxsus aparıcı fəaliyyəti mövcuddur. Misal üçün çağalıq dövründə aparıcı fəaliyyət yaşlılarda emosional ünsiyyətdir. İnsan 3 sferada inkişaf edir: Ilkin olaraq uşaqda emosional sfera inkişaf edir. Emosional sfera əsasında sosial sfera və bu iki inkişaf sferasından sonra isə intellektual sfera inkişaf edir. Təbii ki, bu sferalar normal […]