“UŞAQLARIN HEYVAN SEVGİSİNİN ONLARA TƏSİRİ”
İlk öncə dünyaya uşaq gətirdiksə onun məsuliyyətini də dərk etməliyik, cəmiyyətə şəxsiyyət yetişdirməli olduğumuzu unutmamalıyıq. Şəxsiyyət kimi yetişdirə bilmək üçün də, onun yalnız cismani sağlığına deyil, həmçinin ruhi sağlığına da diqqət yetirməliyik. Ruhi sağlıq deyərkən isə uşağın psixoloji vəziyyətini nəzərdə tuturuq. Uşağın psixoloji durumunu düzgün şəkildə formalaşdırıb istiqamətləndirsək və onu inkişaf etdirsək bu zaman ortaya […]
Övladınıza dəyər verin
Uşaqların xoşbəxt, şən əhval –ruhiyyəli, psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar? Övladınızı var olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun. “Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün […]
Uşaqlarda Davranış Pozuntusu – Kaprizlər
Hazırda uşaqlar arsında ən çox rast gəlinən narahatlıqlardan biri davranış pozuntusu və kaprizlərdir.Demək olar hər 10 uşaqdan 7-sində bu problemə rast gəliniƏksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur,davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda […]
Uşaq tərbiyəsində ata faktoru
“Uşaq ailənin güzgüsüdür.” Atalarımızın bu sözlərini məqaləmin ən əvvəlində qeyd etməyə bilməzdim.Çünki,bir ailədə xüsusən ata ,ana arasında yaşanan istər xoş,istərsə də xoş olmayan münasibət uşağın psixikasına müsbət və ya mənfi təsir göstərir.Məhz buna görə də uşağı tərbiyə edərkən valideynlər öz vəzifələrini layiqincə yerinə yetirməli,övladlarının sağlam gələcəyə sahib olmaları üçün əllərindən gələni əsirgəməməlidirlər.Həmçinin də ailədə ata […]
Şiddət görən ailələrdə böyüyən uşaq psixologiyası
Uşaqların inkişafında, şəxsiyyətinin formalaşmasında və ümumiyyətlə sağlam və xoşbəxt gələcəyində ailənin rolu danilmazdır. Çünki məhz ailə uşağın həmişə sevildiyi, güvəndiyi, kömək və dəstək yeridir. Bundan savayı, uşaq ailə daxilində insanı münasibətləri mənimsəyir və cəmiyyətin gələcək üzvü kimi formalaşır. Uşaqlıq illərində əldə etdiyi təcrübəni həyatı boyunca yadda saxlayır. Lakın, bir çoxları bu qayğıdan kənar qaldığlarından savayı, […]
Ataları tərəfindən qayğı görən körpələrin fərqi
Atanın körpə ilə əlaqəsi uşağın ruh və bədən sağlığı baxımından son dərəcə vacibdir. Bu əlaqə ana bətnində başlanıla bilər. Ata və körpə arasındakı əlaqə və diqqət göstərilməsi lazım olan həssas mövzuları bu yazıda tapacaqsınız. Ata və körpə arasındakı əlaqə körpə ana bətnindəykən başlayar. Ananın bətninə toxunan və onunla danışan ata həm dünyaya gələcək uşağına qarşı […]
Uşaqlarda dizartriyanın müayinəsi
Dizartriyalı uşaqlarda loqopedik işin sistemi kompleks xarakter daşıyır; Səsin analizini və sintezini nəzərə alaraq səs tələffüzü korreksiyası. Leksik, qrammatik tərəfi nəzərə alaraq səs tələffüzü korreksiyası. Rabitəli nitqi nəzərə alaraq səs tələfüzü korreksiyası. Loqopedik işin xüsusiyyətləri ibarətdir; Artikulyasıyanın masajı. Artikulyasiya gimnastikası. Loqopedik ritmika. Əksər hallarda ümumi və müalicəvi fizioterapiya və dərman müalicəsi. Loqopedik işin uğurlu olması […]
Uşaqlar sevgi istər…
Uşaqlar nə istəyir? Bir çox ana və ata əslində bu sualın cavabını axtarır.”Hər istədiyini edirik,hər şeyimizi ona uyğunlaşdırırıq amma hələ də bu uşağı xoşbəxt edə bilmirik” deyirlər və ”uşaqlar nə istəyir?” sualının cavabını tapa bilmirlər Uşaqlar fərd olduqlarının fərqinə varılmasını istər.Onların da duyğu və düşüncələrinin olduğunu,ehtiyaclarının sadəcə yemək,yuxu və s. bu kimi şeylər deyil, həmçinin […]
OYUNUN DİLİ
Körpələr oyun oynayar. Uşaqlar oyun oynayar. Gənclər oyun oynayar. Yetkinlər oyun oynayar və yaşlılar oyun oynayar. İnsan yaxınında oyun oynaya biləcəyi birini taparsa onunla oynayar. Ətrafında heç kim olmasa öz-özünə oynaya biləcəyi oyun tapar. Bəzən necə oyanayacağını bildiyi bir oyun oynayar, bəzən isə oyunun qaydalarını həmən anda uydurar və oynamağa başlayar. Can sıxıntısını keçirmək , […]
Uşaqlarda oğurluq hallarının başvermə səbəbləri
Oğurluq etmə uşaqların davranış pozuntularından biridir. Davranış pozuntuları kimi oğurluq etmənin də bir səbəbi olur. Çünki bütün bunlar səbəbsiz olmur. Əslində uşaqlar arasında oğurluq halları çox olur lakin, bir çox valideynlər uşaqlarının bu davranışına görə ( pul oğurlamaq, kiminsə əşyasını evə gətirmək və s.) psixoloqa müraciət etməkdə utanırlar. Məktəbəqədərki yaş dövrü 3-6 yaş arasını əhatə […]