OYUNUN DİLİ

Körpələr oyun oynayar. Uşaqlar oyun oynayar. Gənclər oyun oynayar. Yetkinlər oyun oynayar və yaşlılar oyun oynayar. İnsan yaxınında oyun oynaya biləcəyi birini taparsa onunla oynayar. Ətrafında heç kim olmasa öz-özünə oynaya biləcəyi oyun tapar. Bəzən necə oyanayacağını bildiyi bir oyun oynayar, bəzən isə oyunun qaydalarını həmən anda uydurar və oynamağa başlayar. Can sıxıntısını keçirmək , bir şeylər öyrənmək , başqalarıyla münasibət qurmaq, xoşagəlməz fikirlərdən qurtulmaq və ya sadəcə vaxt öldürmək oyun oynamağın səbəblərindən ola bilər. İnsanın oyuna olan marağı hər zaman aktiv bir rol alma əhəmiyyətinə malik olmaz.Bəzən başqalarının oynadığı oyunlarda sadəcə izəliyici rolunda oynayar. Televizor seriallarında ya da filmlərində “…miş kimi” edən insanların yaratdığı xəyal dünyasına ortaq olar. Teatr oyunları ya da rəqs nümayişlərini izləyər. 22 insanın bir topun arxasınca qaçdığı futbol oyununu tribunada və ya televizor qarşısında izləyər.

Oyun, bütün insanları ətrafında toplamasına qarşı uşaqların həyatındakı yeri çox daha əhəmiyyətlidir. Oyun uşaqların və xüsüsilə körpələrin hələ yad olduqları ətrafa qarşı uyğunlaşmaları üçün qüsursuz bir vasitədir. Təfəkkür, duyğu və fiziki inkişafda müsbət təsiri vardır. Bundan başqa ictimai əlaqələrin başa düşülməsi və müsbət davranışların qazanılmasında oyunun yeri əhəmiyyətlidir.

Uşaqlar oyun oynayarkən ətrafda gördükləri hər növ obyekti oyuna daxil edə bilərlər. Bir kürsü , kosmos gəmisinə çevrilə bilər ya da bir karton qutu böyük bir ev olaraq xəyal edilə bilər. Bir uşağın oyun oynaması üçün öz xəyal gücü xaricində əslində heç bir şeyə ehtiyacı yoxdur. Ancaq yenə də uşaqların oyun dünyasını zənginləşdirmək məqsədi ilə bir çox fərqli oyuncaq istehsal edilir və bu oyuncaqlar yalnız oyun zənginliyini artırmaz. Eyni zamanda uşaqların bir ünsiyyət vasitəsi olaraq da istifadə etdikləri oyunun əlifbasını meydana gətirər.

Praktiki oyun terapiyası oyun ve oyuncaqlar yolu ilə özünü ifadə edən uşaqlarla eyni dildən istifadə edərək bir sıra problemlərin həllini qarşıya məqsəd qoyur. Bundan başqa hər seansın sonunda, mövcud olan vəziyyəti paylaşmaq və uşaqların oyunlarında özlərini necə ifadə etdiklərini izah etmək məqsədiylə valideynləri ilə görüşülür.

Oyuncaqlar nə izah edir …

Praktiki oyun terapiyasının yaradıcıları olan Carol və Byron Norton, illərlə davam edən təcrübələrin sonunda hər oyuncağın uşaq üçün fərqli mənalar daşıdığını təsbit etmişlər. Uşaqların iş əsnasında etdikləri oyuncaq seçimi və bu oyuncaqlarla oynama şəkli yaşadıqları problemin ortaya çıxmasında və həll edilməsində son dərəcə əhəmiyyətlidir.

Məsələn; bir uşaq tapança, tüfəng kimi oyuncaqları istifadə edirsə qəzəbini ifadə etməyə çalışır. Oyuncaqları istifadə edərək qəsr, qala kimi qoruyucu sahələr meydana gətirməyə çalışan bir uşaq yüksək ehtimalla özünü etibarda hiss etmir və etibarlı bir sahəyə ehtiyac duyur. Avtomobillərlə oynayan bir uşaq, təhlükəli bir yerdən uzaqlaşmağa çalışır ya da əyləncə ruhunu ortaya qoyur. Örtüyə sarılan ya da əmzik, əmzik kimi şeylərlə oyun qurmağa çalışan bir uşaq körpəlik çağındakı bəzi problemləri izah etməyə çalışır. Evcil heyvan oyuncaqları ümumiyyətlə ailə, münasibətlər, müdafiə olunma kimi mənalar daşıyarkən, vəhşi heyvan oyuncaqları güc, təcavüzkarlıq, həyatda qalma kimi mənalar daşıyar. Uşaqların oyun əsnasında yaratdığı sahələr də içində olduqları vəziyyətlə əlaqədar işarə verir. Meşə, mağara kimi sahələr gizlənmə, qaçma istəyi, sirr, macəra axtarışı, çay və dənizlər, səfər, uzaqlaşma, güc, xəstəxanalar, xəstəlik, ölüm, ayrılma qorxusu ya da yaxşılaşma istəyi kimi mənalar daşıya bilər.

Burada xüsusilə diqqət edilməsi lazım olan şey heç bir oyuncağın qəti bir mənasının olmamasıdır. Uşağın necə bir ruh halıyla oyun oynadığı oyuncaqların və qurulan oyunun mənasını dəyişdirir. Oyuncaq ayısını bir küncə buraxan uşaq kifayət qədər diqqət görmədiyini izah edərkən, eyni oyuncağa sarıldığında ehtiyacını duyduğu sevgi və şəfqəti tapdığını izah edir. Bu səbəblə bir uşağın oyununa daxil olunduqda onun necə bir dövrdə olduğunu yaddan çıxarmamaq lazımdır.

Mənbə: http://www.psikolojistanbul.com/portfolio/oyundili/

Tərcümə etdi : Sevinc Məmmədzadə BDU Psixologiya

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!