Uşaqlar arasında bullinq və onun səbəbləri

Uşaqlar arasında bullinq və onun səbəbləri

Bullinq günümüzdə populyar olan mövzulardan biridir. Belə ki, bullinq insanın iradəsindən kənar olaraq başqa insana təsir etmək üçün müxtəlif yollardan istifadə edərək təzyiq göstərməsidir. Bu təzyiq, başqa sözlə desək, şiddət istər fiziki, istər iqtisadi, istərsə də psixoloji ola bilər. Bullinqə hər yerdə ailədə, iş yerində, təhsil müssəsində, xüsusilə də yeniyetmələr arasında, yetkinlik yaşına çatmayan uşaqlar […]

“Uşaq özünə qapalıdırsa, bu valideynlərə bir siqnal olmalıdır“ – Psixoloq açıqladı

“Uşaq özünə qapalıdırsa, bu valideynlərə bir siqnal olmalıdır“ - Psixoloq açıqladı

“Yəqin ki, bir çoxumuzun ətrafında çəkingən, ünsiyyət qurmayan, özünə qapanan uşaqlar var. Bu məsələ ilə bağlı biz psixoloqlar da son zamanlar çox müraciətlər alırıq. Valideynlər bu vəziyyətdən şikayət edirlər, xüsusən yeniyetmələrdə bu kimi hallarla tez-tez qarşılaşırıq. “Bunu depressiya adlandırmaq olarmı? və ya Uşaqlar depresiyyaya düşə bilərmi? Valideynlər bunu uşaqlarının hansı davranışlarından anlamalıdırlar?” tipli suallar ünvanlanır. […]

Sosial medianın uşaqlara təsiri

Sosial medianın uşaqlara təsiri

Günümüzdə ən aktual mövzulardan biridir. Belə ki, müasir dövrdə medianın uşaqların, xüsusilə yeniyetmələrin psixoloji vəziyyətinə təsiri danılmazdır. Hətta media ikinci tərbiyə növü kimi insanların, xüsusilə yeniyetmələrin və gənclərin həyatına təsir edir. Gənclər, yeniyetmələr çox zaman sosial mediada gördüyü, bəyəndiyi fenomenin həyatını izləyir zamanla onun kimi yaşamaq istəyir, onun stilini öz həyatına, yaşantısına tətbiq etməyə başlayır. […]

İntihara Meyilli İnsanların Psixologiyası

İntihara Meyilli İnsanların Psixologiyası

Günümüzdə ən aktual poblemlərdən biri də intihara meylli insanların, xüsusən yeniyetmələrin psixoloji vəziyyətidir. Bu halla rastlaşan, bunu hiss edəən valideynlər çox diqqətli olmalıdır. Psixoloqlara ünvanlnan suallar içərisində “intihara daha çox hansı yaş qrupu meyillidir?” sualı hər zaman üstünlük təşkil edir. Vurğulamaq lazımdır ki, belə məqamlarda ailələr diqqətli olmalıdır.  Bunu da qeyd etmək lazımdır ki, bəzən […]

Yeniyetmələrdə müşahidə olunan bəzi davranış pozuntuları.

Yeniyetmələrdə müşahidə olunan bəzi davranış pozuntuları.

Yeniyetmənin mənəvi dünyasında bəzi narahatlıqlar diqqəti çəkir. Yalnızlıqdan alınan həzlə bərabər bir qrupa qatılma istəyi, böyüklərlə ziddiyyət, amma buna baxmayaraq onları qəbul etmə, narahatlıq və ümidsizliklə yanaşı gələcəyə yönələn böyük həvəs bu dövrün əsas narahatlıq yaradan hisləridir. Psixoloji narahatlıqların nəticələrini davranışlarda da görmək mümkündür. Hər bir davranış pozuntusunun mütləq bir səbəbi vardır. Müəyyən bir səbəbdən […]

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

1. Uşaqlarda liderlik keyfiyyətlərini necə inkişaf etdirməli? Ümumiyyətlə, uşaqlarda liderlik keyfiyyətlərinin inkişafına erkən dövrlərdən başlanılması tövsiyə olunur. Çünki bu keyfiyyətlərin bir çoxunun əsası elə məhz körpəlik dövründə qoyulur. Məsələn: lider üçün zəruri olan təşəbbüskarlıq, qətiyyətlilik, məqsədyönümlülük, məsuliyyətlilik, özünəinam və müstəqillik hissi kimi xüsusiyyətlərin formalaşdırılması əsasən mühit və tərbiyənin psixoloji təsirlərin sayəsində mümkün olur. Valideynlərin bəzən […]

Özgüvənli uşaq böyütmək istəyərkən, narsist uşaq böyütmək

1970-ci ildən etibarən “özgüvən” valideynlər, müəllimlər və psixoloqların dilinə düşən bir kəlmədir. Əgər valideynlər uşaqlarının xoşbəxt və bacarıqlı yetişkin olmasını istəyirlərsə, onlara özgüvən aşılamaları lazım olduğunu düşünürlər. Müəllimlər özgüvənin akademik uğurun açarı olduğuna inanır və buna görə özünə hörmət duyğusu yeni tumurcuqlanan uşaqları incitməmək üçün tənqidi, narazıçılığı belə təriflə birgə deyirlər. Bir çox araşdırma özgüvən […]

Depressiya uşaq və gənclərdə

Depressiya uşaq və gənclərdə

Depressiya nədir? Çətin və ya stressli hadisələr zamanı, o cümlədən, yaxın ailə üzvünün xəstələnməsi və ya vəfatı ilə əlaqədar özünü qəmli hiss etmək və ya ümidini kəsmiş, ruhdan düşmüş olmaq normal hal kimi qarşılanır. Lakin bəzən bu kədərli hisslər uzun müddət davam edir və gündəlik həyat tərzinə müdaxilə etməyə başlayir. Bu zaman əhval-ruhiyyənin aşağı olması […]

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!