Uşaq Bağçaya Gedərkən Ağlayırsa...

Uşaq Bağçaya Gedərkən Ağlayırsa…

Evdə ata-anası, nənə və ya babası ilə qalmağa öyrəşmiş uşaq üçün bağçaya getmə düşündüyümüzdən daha çətin ola bilər.  Ev hər kəs üçün olduğu kimi uşaqlar üçün də ən güvəniləcək oratmdır. Uşaq evdə istədiyi saatda oyanar, oyuncaqları ilə oynayar, bəzən oyuncaqlarını yerinə yiğmaz, çünki bunu onun yerinə edən böyüklər vardır. Lakin bağçaya başladıqları zaman bu rahatlığın yerini müəyyən qayda və qanunlar tutur. Bəs uşaqlar nə üçün bağçaya getmək istəməzlər? Bəzi səbəblər:

 Uşaq yeni bir mühitə düşür və onun bu mühitə adaptasiyası vaxt alır.

 Uşağın həyatına yeni bir sosial rol olan müəllim girir və o nə qədər mehriban, anlayışlı olsa da uşaqdan bəzi qaydalara əməl etməsini istəyir.                                                              

n Ana və ata işlədiyi üçün uşaq səhər bağçaya qoyulur və axşam götürülür. Nəticədə uşaq valideyinləri ilə çox az vaxt keçirir və onlar üçün darıxır. Buna görə də bağçaya getmək istəmir.

n İndiyə qədər  təkuşaqlı aiədə hakim kimi yaşayan uşağın həyatına bir anda 10-15 uşaq girir və onlar arasında eqo savaşı başlayır.

Uşaq bağçaya getməkdə çətinlik çəkirsə, nə etməli?

1. Uşağın bağçaya gedib getməməsi ilə əlaqəli qərarı ata və ana yaxşı olar ki birlikdə.alsın. Uşağın yanında “getsin” və ya “getməsin” şəklində mübahisə edilməsin.

2. Uşağınıza bağçaya getməyi bir məcburiyyət deyil, əyləncə kimi təsvir etməyə çalışın.

3. Müəllimi ilə qorxutmayın, çünki bağça ərəfəsində olan uşaq digər uşaqlardan əvvəl müəllimlərinə bağlanarlar.

4. Bağça qapısında uşağınızın siizn qucağınızda zorla alınmasına icazə verməyin.

5. Evdən çıxarkən özünə aid bir əşyanı və ya oyuncağı da özü ilə aparmasına icazə  verin. Bu onun özünü daha güvənli hiss etməsinə kömək edər.

6. Axşam evə gələndə övladınıızn sizi gün boyu göörmədiyini nəzər alın və ev işlərindən çoc ona vaxt ayırın.

Lalə Fətəliyeva

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!