Məlum olduğu kimi autizmdən əziyyət çəkən insanlarda bir çox nitq qüsurlarına rast gəlinir. Məsələn,oxu və yazı qüsurları, leksik, qrammatik qüsurlar, nitqi anlamada qüsurlar, alaliya, nitq inkişaf ləngiməsi və.s
Bu sadaladığım qüsurlar arasında exolaliya xüsusi yer tutur. Exolaliya uşağın eşitdiyi sözləri eyniliklə təkrar etməsi deməkdir. Bildiyimiz kimi autizmdə streotip davranışlar (təkrarlanan) xarakterikdir. Məhz bu səbəbdən exolaliya autizm üçün səciyyəvi nitq qüsuru hesab olunur. Normalda körpələr ilk sözlərini, səsləri ətrafdakılarının nitqini təkrarlayaraq söylərlər. Bu cür təkrarlama 2.5-3 yaşa qədər davam edir. Autizmli şəxslərdə isə exolaliya daha uzun müddət davam edə bilər. Hətta psixoloji və pedaqoji təlim almazlarsa bütün həyata boyu exolaliya davam edir.
Autizmli şəxslərdə exolaliya 2 formada özünü göstərir: anında yaranan exolaliya, gecikmiş exolaliya.
Anında yaranan exolaliya zamanı uşaq eşitdiyi səsləri,sözləri dərhal təkrar etməyə başlayır. Məsələn uşağa “sənin adın nədir” sualını verdikdə o dərhal “sənin adın nədir” cavabını verir.
Gecikmiş exolaliya zamanı isə uşaq günlər, həftələr hətta aylar əvvəl eşitdiyi sözləri təkrarlaya bilər. Bu zaman beyinə siqnallar gec çatır. Bu cür exolaliyaya misal olaraq şəxsi təcrübəmdən 1 hadisəni danışa bilərəm. Təcrübədə olduğum mərkəzlərin birində təlim alan uşaqlardan biri exolaliyada əziyyət çəkirdi. Normalda uşaqda anında exolaliya müşahidə olunur. Ancaq zaman keçdikcə uşaqda gecikmiş exolaliyalar da başladı. Beləki uşaq heç bir səbəb olmadan “avtobus nə vaxt gələcək”,”kurtkanın düymələrini bağla”,”evə gələndə çörək al” vəs.bu tip məqsədsiz cümlələr istifadə etməyə başladı. Ailə ilə konsultasiya aparan zaman məlum olduki, bu cümlələr ailə üzvləri arasında gündəlik həyatda istifadə olunan sözlərdi.Lakin uşaq bu sözləri eşitdiyi an yox,müəyyən zaman keçdikdən sonra ara-sıra tək edir. Exolaliyaya ən çox autizmin Asperger formasında rast gəlinir.
Bu mövzuda veriləcək sual exolaliyanı necə azaltmaq olar?
- İlk öncə onu qeyd edim ki, indiyə qədər bu mövzuya aid yüzlərlə mühazirə mətinləri,xarici elmi ədəbiyyatlar, araşdırmalar, məqalələr oxumuşam. Və hər birində bu sualın cavabı olaraq eyni şey göstərilir. Exolaliyanı azaltmaq üçün ilk növbədə onun səbəblərini araşdırmaq lazımdır. Exolaliya adətən 2 səbəblə yaranır.Ya uşaq diqqəti cəlb etmək üçün təkrarlayır,yada eşitdiyi sözləri, komandaları anlamır və rahatlamaq üçün təkrarlayır.
Əgər uşaq exolaliyanı diqqət çəkmək üçün edirsə nitq zamanı qəti olaraq exolaliyaya fikir verməmək lazımdır. Exolaliyanı eşitməməzlikdən gəlmək lazımdır. Çünki biz diqqət göstərdikcə exolaliya daha da artacaq.Yox əgər exolaliyanı rahatlamaq üçün edirsə onda uşağın diqqətini başqa bir istiqamətə yönəltmək lazımdır. Məsələn oyun oynamaq. Yada sevdiyi başqa 1 işlə məşğul olmaq.
Autizmli uşaqlar çox vaxt verilən sualları, komandaları başa düşmədikləri halda qarşısındakının nitqini təkrarlamağa başlayarlar. Bu isə ən çox dialoji nitq prosesində baş verir. Yenə praktik 1 nümunəni qeyd edim. Asperger sindromlu bir uşağa hər seans zamanı “salam,necəsən,neçə yaşın var” kimi suallar verdikdə sanki blokadaya düşür, yəni verilən sualları mənasını anlamır və nəticədə sualları təkrarlayır.Təlimçi sualları 1 neçə dəfə təkrarladıqdan sonra sanki uşaq sualın məzmununu qismən anlayib cavab verməyə çalışır. Bu proses dialoji nitq prosesi zamanı baş verir. Pedaqoji iş zamanı uşağa eyniləşdirmək üçün şəkil kartları göstərib “bunun adı nədir” sualı verdikdə və ya hər hansı hərfi yazmaq üçün qələmi uzadıb “ A hərfi yaz” komandası verildikdə uşaq heç də təlimçinin sözlərini təkrarlamır,əksinə tapşırığı yerinə yetirir.
Təbii ki, göstərdiyim nümunələr hər bir uşaq üçün indivudualdı. Ümumiyyətlə exolaliyanın korreksiyası zamanı uşağın uyğunsuz ifadələrini görməzdən gəlib,prosesin gedişini səbrlə izləmək lazımdır.
Nuray Lətifzadə