Mütəxəssislər xoşbəxt uşaq yetişdirmənin oyuncaqlarla deyil, həyatı boyunca uşağın ruhunu bəsləmək, “müsbət baxış bucağı” aşılamaqla mümkün olacağını bildirirlər.
Müsbət dünyagörüşlü uşaqların böyüdükdə özünə inamlı və müvəffəqiyyətli olduqlarını sübut edən pedaqoq və psixoloqlar, uşağın həyatı boyunca ruhunu bəsləyəcək 12 sadə yolu belə sıralayırlar:
- Dərslər və kurslararası övladınızla təkbətək vaxt keçirin. Onunla birlikdə döşəmədə oturub krossvord həll edin, mətbəxdə birlikdə yemək hazırlayın, parkda birlikdə yelləncəkdə yellənin.
- Dəyərlər barədə mühakimələrini inkişaf etdirin. Ona bir vətəndaş kimi məsuliyyət daşıdığını aşılayın. Ətrafındakı insanların həyatında müsbət dəyişikliklər etmək üçün imkanları olduğunu göstərin. Məsələn, istifadə etmədiyi oyuncaqları birlikdə toplayıb, bir uşaq bağçasına bağışlayın.
- Məşğuliyyətlərində ona qatılın, birlikdə velosiped sürün, birlikdə gimnastika edin, həm onu təşviq edərsiniz, həm də özünüz idman etmiş olarsınız.
- Onunla zarafat edin, lətifələr söyləyin, birlikdə vaxt keçirin, gülün, gülmək daha çox oksigen almanızı təmin edər.
- Uşağınızı yaxşı bir iş etdiyində təbrik edin, ona hansı sahədə müvəffəqiyyətli olduğunu açıqca izah edin. Məsələn, tapşırığını bitirdiyində “Şəkildə istifadə etdiyin rəngləri çox bəyəndim”, kimi sözlər deyin. Üzərində işlədiyi layihə haqda soruşun. Uşağınızı hədiyyə ilə deyil, təriflərlə mükafatlandırın.
- Övladınızın yaxşı qidalanmasına diqqət yetirin. Yeməkarası şirin qatıq, meyvə və çoxlu su verin. “Sonra yemək yeməz” deyə yemək aralarında uşağınızı ac qoymayın, bu həm onun psixologiyasına təsir edər, həm də çəki itkisinə səbəb olar.
- Uşağınızla xəyal gücünü istifadə edəbiləcək oyunlar oynayın. Şəkil çəkmək həm xəyal gücünü artıracaq, həm də şəkil çəkməkdən məmnunluq hissi doğacaq.
- Övladınızı dinləməyi öyrənin, sözünü yarıda kəsməyin, başqa bir işlə məşğulsunuzsa belə, işinizi buraxın və ona diqqət yetirin. Söylədiyi şeylərin sizin üçündə əhəmiyyətli olduğunu yalnız onu dinləyərək göstərə bilərsiniz. Bunu bilmək onun üçün çox vacibdir.
- Gündə azı 4 dəfə onu qucaqlayın, 8 dəfə öpün, 16 dəfə ona gülümsəyin. Bütün bunlar qat-qat artıqlaması ilə sizə geri dönəcək.
- “Mükəmməlçiliyi” buraxın. Uşağınızın yarıda qoyduğu bir işi bitirməyə və ya düzəltməyə çalışsanız, bu onun özünə inamını sarsıdar. Masanı silərkən batıq buraxdığı küncü təkrar silməniz və ya birlikdə gördüyünüz bir işi düzəltməniz ona etdiyi işin yaxşı olmadığı hissini aşılayacaq.
- Qarşılaşdığı çətinlikləri tək başına aşmağı öyrədin. Ayaqqabı bağlarını, nə qədər ləng də olsa, özünün bağlamasını gözləyin, yuyulmuş paltarları asmanıza kömək etmək istəyirsə, birlikdə asın. Pilləkəndən özü enmək istəyirsə, qarşısında getmək şərti ilə, buraxın ensin. Öhdəsindən gələ bilməyəcəyi bir problemlə qarşılaşdığında sizə problem izah etməsini istəyin və həllinə birlikdə qərar verin. Ona hazır həlli verməyin.
- Sevdiyi işləri etməsinə icazə verin. Gərəksiz məhdudiyyətlər uşağın enerjisini və həyəcanını xaricə atmasına mane olur. Unutmayın: oyuncaqlarını toplamağı öyrənməsi üçün öncə onları dağıtmalıdır.
Oxunub: 1,026