İdeal valideyn olmağın 8 üsulu

Olur ki, siz heç nədən özünüzdən çıxır, ya da uşağa istədiyinizdən artıq qəzəblənirsiz? Əgər, özünüzü bəzən səhv bir valideyn kimi hiss edirsinizsə, bu məqalə sizin üçündür!

Nə qədər güclü və fədakarlıqla öz uşaqlarımızı sevib, qayğısına qalmağımıza baxmayaraq, valideyn olmaq çətindir. Onsuz da o zaman gec-tez gəlir ki, səbir başa çatır və “müdrük valideyn” anlayışını itirib, uşağa qarşı sərt oluruq, ona qışqırırıq və ya başqa cəzalar tətbiq edirik. Bu zaman həm valideyn, həm də uşaq hirslənir və inciyir.

Gəlin, uşağa qışqırmadan, onu cəzalandırmadan əvvəl öz emosiyalarımıza sahib olaq və zamanında özümüzü ələ almağa çalışaq. Dağıdıcı həyacanın qarşısını almağa, 8 üsul bizə kömək edəcək:

  1. Nəticələr haqqında düşünün.

Qarşılaşdığınz vəziyyət, uşağın, sizin və ya başqa kimsənin həyatına nə dərəcədə mənfi təsir edir? Bəlkə, kiçik adamın fəaliyyəti nəticəsində kimsə işsiz qalacaq, əlil olacaq, yaxın insan zədə alacaq, bütün pulları itəcək?

Bəzən balacaların hərəkəti həqiqətən böyük ziyanlı ola bilər (məsələn, əgər uşaq çox hündür yerdən tullanırsa, böyüklərin iştirakı olmadan uşaq odla oynayırsa və s). O zaman sizin anidən kəskin və aqressiv davranışınız, sağlamlığı, həyatı və əmlakı xilas edə bilər. Amma əksər hallarda, gərgin emosiyalarınız vəziyyətə heç uyğun olmur. Mətbəx döşəməsinə tökülən düyü və ya çirklənmiş geyimin əslində faciə olmamasını dərk etsəz, siz daha sakit reaksiya verə bilərsiniz.

  1. Təsirlənmədən, hərəkət edin.

Uşaqlar mahir manipulyatorlardır. Onlar, sizdə hansı düyməni basmaqla, dərhal sizə mübahisə səbəbini unutdurub və fikrinizi başqa yerə yönəltməyi yaxşı bilirlər. Fitnəkarlığa uymayın. Uşaq nə desədə, hətda sizi söysədə, əsas problem həll olunmayana kimi, emosiyalara qapanıb nəsə cavab verməyə, özünüzə imkan verməyin. Əsas məsələni həll etdikdən sonra, sakitləşəndən sonra onun sizi söyməsi və ya sizə başmaqları atmasının nə qədər düzgün olmamasını izah edin.

  1. Emosiyalarınıza qapanmayın.

Biz güman edirik ki, məhz uşaqlar bizim qışqırmağımıza səbabkardırlar. Onların davranışı bu günlərdə o qədər dəhşətlidir ki, bizim qışqırmaqdan başqa çıxış yolumuz yoxdur. Həqiqət isə ondan ibarətdir ki, adətən uşaqlar “pis” gündə, “yaxşı” gündə də eyni cür davranırlar. Fərq yalnız sizin davranışınızdadır. Əgər siz gözəl əhval-ruhiyyədəsizsə, işdə hər şey yaxşı keçibsə, həyat yoldaşınızla münasibətiniz yaxşıdırsa, siz sevgi və nəvazişlə əhatələnmisizsə, çətin ki, siz 2 alan və ya hansısa qabı sındıran uşağa qəzəblə hirslənərsiz. Sizin, əlbəttə, keyfiniz pozulacaq, amma, uşağa bağırmaq əvəzinə problemin həlli ilə məşğul olmaq üçün kifayət qədər müdrik olacaqsız.

Əks halda, əgər sizi işdən qovmala hədələyirlərsə, həyat yoldaşınızla və ya yaxınlarınızla münasibətiniz yaxşı deyilsə, daim pul çatmırsa və s. neqativ hallarda siz özünüzü başqa cür aparırsınız. Əlbəttə, əgər bu fonda sizin sevimli balanız yeganə bir cüt olan payız ayaqqabılarını cırarsa və ya əsas fənndən 3 alarsa, siz dərhal özünüzdən çıxacaqsız. Axı, bəzi valideynlərin stressi – zamanla deyil, daim, hər gün, ildən-ilə davam edir. Bax, o zaman uşaqların nə hiss edib, nə öyrənəcəkləri haqqında düşünmək lazımdır. Başa düşməyə çalışın ki, uşaq sizin hirslənməyinizin səbəbkarı deyil. Sizinlə nəsə baş verir, uşaqlar yalnız qəzəb və yorğunluğu çıxarmaq üçün rahat hədəfdir.

  1. Hər şeyin yaxşı tərəfini düşünün.

İstənilən hər bir halın, heç olmasa nəsə bir yaxşı tərəfi var. Uşaq tərəfindən itirilmiş ayaqqabı, artıq xərc və baş ağrısıdır, həm də nəhayətki, ona yeni cüt ayyaqqabı almağa bir səbəbdir. İməkləyərək çirklənən uşaq geyiminin dəyişməsi zamanına bir işarədir.

Uşaqlarınız nə etməsinə baxmayaraq, heç olmasa bir müsbət tərəf və ya yumor tapın. “Mənim balam, nə etdin sən: Maşının açarlarını lyuka atmısan. Deməli piyada gedəcəyik. Üstəgəl təmiz hava ilə nəfəs alarıq”.

  1. Uşağın dünyasına hörmət edin.

Partlamış şar, böyük insanlar üçün faciə deyil. Amma sizin uşaq, partlamış şarın rezin qalığına baxıb, acı-acı ağlayaraq nə düşünür? Əgər siz heç olmasa başa düşsəz ki, uşaq dünyanı bizim kimi görmür, bu zaman sizə əsəbləşməmək asan olacaq. Ola bilsin ki, siz partlamış şar üçün əvəzində 3 şar alacağınızı söz verməyəcəksiz, amma “bu adi şardır” demək əvəzinə, uşağın hisslərinə, dünyasına hörmət edə bilərsiz.

  1. Kompromis həll yolunu axtarın.

Təsəvvür edin ki, sizdə əkizlərdir, hansıki bir fincanı heç cür bölüşdürə bilmirlər. Birinci reaksiya (“Yusif sən sarı fincanda içəcəksən, Fidan sən yaşıl fincanda içəcəksən”). İkinci reaksiya, bir qədər düşünərək kompromis həll yolunu tapsaz (“Yusif bu gün sən sarı fincanda içəcəksən, Fidan sabah isə sabah sarı fincanda içəcək). Məsələ burasındadır ki, hər iki strategiya effektiv deyil, çünki hər iki halda kimsə kənarda qalır. Deməli, hamını razı salacaq, qərar axtarmaq lazımdır. Uşaqların hər birinə, bu çaşkanın ona nə üçün vacib olduğunu izah etməyə, imkan verin. Bəlkə, Yusif üçün əsas onun rəngi deyil, xüsusi materialıdır. O zaman problem eyni növ materialdan olan çaşka ilə həll oluna bilər. Bəlkə sarı fincan göy fincandan böyük olduğu üçün daha çox şirə yerləşər? Bu zaman, həmin həcmdə fincan almaqla, məsələni həll etmək olar. Və ya Yusif sarı fincanla güzəştə gedə bilər, lakin onda Fidan Yusifə 10 dəqiqə samokatında sürməyə icazə verəcək.

Bu üsulun, tənbəl valideynlər üçün yeganə mənfi cəhəti – uşağın əsl istəyinin araşdırilması üçün şəxsi zamanının itirilməsidir. Amma burda seçim sizindir. Uşağınızla yaxın anlaşılan münasibətdə olmaq istəyirsinizsə, vaxtınızı xərcləmək lazım gələcək.

  1. Vaxtında dincəlin.

Bütün uşaqlar müxtəlifdir, bəziləri uşaqlığın erkən vaxtından uzun müddət tək olmağa meyllidilərsə, digərləri bütün ilk on il həyatı boyunca ana qayğısı tələb edir. Əgər siz yorulmağınızı və tezliklə hirslənib özünüzdən çıxa biləcəyinizi başa düşürsünüzsə, istirahət edin. Amma belə yox ki, bərkdən qapını örtərək “Siz məni bezdirdiz və mən gedirəm istirahət etməyə!”. Bunu əvvəlcədən planlaşdıraraq, uşağa xəbər verinki, “hər axşam 7-8 arası mən gedirəm vanna otağına və ya kitab oxumağa, sonra səni mehriban və sakit ana qarşılayacaq”.

İstirahəti, hər şeydən bezəndən sonra etməyi düşünməyin. İstirahət – həyatın bir hissəsidir, məsələn iş kimi və mütləq qaydada gündəlik həyat planına daxil olmalıdır. Onda uşaqlara qışqırmaq lazım gəlməyəcək.

  1. Uşağın gözlərinə baxın.

Ən asanı, bütün mənzil boyunca uşağa göstərişlər verməkdir. Və gözəl bəraət: “Mən qab yuyuram, ayrıla bilmərəm”. Amma əgər siz özünüzü belə aparmağa davam edəcəksizsə, onda ümüd etməyin ki, uşaq sizi dinləyəcək. Döşəməyə tökülən oyuncaqlar və ya dağılmış paltarları yığmaq əmri, uşaq şüuruna çatmır.

Bir dəqiqə dayanın! Əllərinizi yaxalayın və qurulayın. Uşağa yaxınlaşın (və ya yanınıza çağırın) və sevgiylə mehribancasına onun gözlərinə baxaraq, xahişinizi deyin və yenidən soruşun ki, o sizin dediklərinizi başa düşdümü, ondan təkrar etməyi xahiş edin. Bir balaca qız ananın sözlərinin arxasından “Əllərini yu, paltarını dəyiş, get nahar et ” sonra təkrarlayır: “Aydındır, əlləri yumaq və nahar etmək”.

Necə yorulmağınıza baxmayaraq, nə qədər özünüzü uşaqla bacara bilməməyinizi günahlandırsazda, unutmayın ki: Uşaqlarınızın digər valideynləri yoxdur. Necə ki, siz onlarla yumşaq, səbrli və diqqətli olmağa öyrənirsiz, onlar da sizi belə olduunuz kimi qəbul etməyi öyrənirlər.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!