"Uşaqlarla oyun şəklində dodaqdan öpüşmək olmaz"

“Uşaqlarla oyun şəklində dodaqdan öpüşmək olmaz”

Tualet ve hamam ehtiyaclarını isə 6 yaşdan sonra özləri etməlidirlər.
İnterpress.az xəbər verir ki, bunu psixoloq Narınc Rüstəmova deyib.
Psixoloq əlavə edir ki, oyun şəklində dodaqdan öpüşmə uşaqlarda cinsi mövzulara qarşı münasibəti dəyişir ki, bu da yaşıdlarına, həmcinslərinə qarşı cinsi fikir ortaqlığına gətirib çıxardır. Uşaqların mərhəm yerlərinin toxunulmazlığın kiçik yaşlarından öyrətməliyik ki, kollektivdə özlərini tualetə tək gedəndə qoruya bilsinlər. Məhrəmmiyyət ilk ailədən başlamalıdır ki, model otursun. Sevgi ehtiyacınızı yoldaşınızdan tələb edib, ödəyin. Xüsusən 3-6 yaş arası uşaqların “men”inin formalaşan vaxtı ilk ideal gördüyü valideyninə hədsiz sevgi və bağlılığa aldanıb belə səhvlərə yol verməyin. Əmin olun ki, bu tamamlanmamış məhəbbətin nəticəsidir. Ətrafda bu qədər mənfi informasiya dolu mühitdə uşaqlar erkən cinsəlliKlə rastlaşırlar. Birdə onları biz yükləməyək”.

Gülşanə Mustafayeva
İnterpress.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!