Qızdırma zamanı edilən səhvlər – Uşaqlara dərman verməyin, spirtlə, sirkəylə masaj qəti olmaz!

Qızdırma zamanı edilən səhvlər – Uşaqlara dərman verməyin, spirtlə, sirkəylə masaj qəti olmaz!

Uşağın xəstələnəcəyini əvvəlcədən bilmək mümkün deyil. Tamamilə sağlam uşaq 2 dəqiqə sonra qızdırmadan od tutub yana bilər. Belə olduqda necə davranmaq lazımdır? Uşağın qızdırmasını endirmək lazımdır, yaxsa gözləmək?

Medicina.az bildirir ki, qızdırma infeksion xəstəliyin qarşısını almaq məqsədilə lazım olan maddələrin sintezinin artırmaq üçün beyində yaranan siqnaldır. Virusların ən başlıca düşməni olan interferon zülalının səviyyəsi birbaşa olaraq bədənin temperaturundan asılıdır. Başqa sözlə, orqanizmin temperaturu nə qədər yüksək olarsa, sözügedən təbii dərman maddəsi daha çox sintez olunur.

Temperaturu necə aşağı salmaq olar?

Biz uşağın temperaturu artan kimi onu dərhal aşağı salmağa çalışırıq. Amma bu, düzgün deyil. Belə olduqda orqanizm özü xəstəliyə qalıb gələ bilmir.

Bilmək vacibdir: qızdırma salan dərmanlar uşağın temperaturu olanda yox, onun ümumi vəziyyəti pis olduqda verilməlidir!

Qızdırmanı nə vaxt salmaq lazımdır?

Bəzi uşaqlar 39°-də özlərini yaxşı hiss edir, bəziləri isə 37,5°-də yataqdan qalxa bilmirlər. Burdan belə bir nəticəyə gəlmək olar ki, hər uşağın özünün səddi var və onu keçərək risk etmək lazım deyil. Əgər temperatur 39,5°-ə qədər artıbsa o zaman fəaliyyətə keçmək lazımdır.

Temperatur 40,0°-yə yaxınlaşdıqda aşağıdakılar hallar baş verir: metabolizm və oksigen istifadəsi sürətlənir, bədən maye itirməyə başlayır, ürək və ağciyərlər üçün əlavə gərginlik yaranır.

Əsas olaraq qıcolma sindromunu nəzarətdə saxlamaq tələb olunur. Əgər temperatur fonunda febril qıcolmalar başlayıbsa, o zaman uşağa qızdırma salan dərman vermək lazımdır. Bu vəziyyət 3 aylığa qədər olan uşaqlara aid edilir.

Uşağın temperaturu artan zaman onun bədəninin maksimum olaraq istilik itirməsini təmin etmək lazımdır. Bunu isə yalnız 2 yolla etmək mümkündür: tər və nəfəs vasitəsilə.

Uşaq yatan otaqda sərin hava (17–20 °С) olmalıdır. Amma bununla belə uşağı isti geyindirməlisiniz. Üstünə ədyal örtün. Çoxlu maye (hər kq-a 50-100 ml) içirin.

Qızdırmanı salmaq üçün uşağa yaxşı olardı ki, sirop içirəsiniz və ya rektal şam qoyasınız. Sirop 15-20 dəqiqəyə öz təsirini göstərir. Amma onun tərkibinə ətirləndirici, rəngləyici kimi bir sıra kimyəvi maddələr daxildir. Rektal şamlar isə 40–50 dəqiqə sonra təsir edir və effektini uzun müddət saxlayır. Əgər uşaqda ürəkbulanma və qusma varsa o zaman bu şamlardan istifadə etmək məsləhətdir. Şamlar defikasiya aktından sonra qoyulmalıdır.

Qızdırması olan uşağa qətiyyən spirt və sirkə ilə kompres etməyin. Çünki körpənin həsas dərisi bu maddələri özünə çəkə və zəhərlənmə verə bilər.

Arzu

Mənbə: Medicina.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });