Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Uşağım niyə yerimir?

Uşaqlar 12 ayından 18 ayına qədər yerimə öyrənməlidir. Lakin bəzi uşaqlar 18 ayını dolduğu halda yerimir. Bəs buna səbəb nədir?

İməkləmək

İməkləməyi sevən və sürətli olan uşaqlar istədikləri şeyi iməkləyərək daha rahat əldə etdikləri üçün gec yeriməyə başlaya bilir.

Artıq çəki

Yaşı və boyuna görə çəkisi artıq olan uşaqlar yeriməkdə çətinlik çəkdiyi üçün yeriməyə gec başlayırlar. Uşağa gərəyindən artıq

yemək yedizdirməmək lazımdır. Artıq çəki təkcə uşağın yeriməsinə deyil, başqa fiziki davranışlarına da təsir edir.

Qoruyucu valideynlər

Uşağını həddindən artıq qoruyan və daima qucağında saxlayan valideynlərin uşaqları qorxuya düşdüyü üçün gec yeriməyə

başlayırlar. Belə valideyn davranışı uşağı başqa inkişaf sahələrində də geridə qoyur.

Motivasiya əskikliyi

Uşaqlar bacarıqlarını inkişaf etdirməsi üçün bir şeyləri əldə etməyə çaba göstərməlidirlər. Uşağa istədiyi əşyası gətirib önünə

qoysanız, o zaman o hər şeyi asan əldə etdiyi üçün yeriməyə cəhd göstərməyəcəkdir.

Tibbi problemlər

Doğuşdan əvvəl, doğuş zamanı və sonrası əmələ gələn tibbi problemlər uşağın inkişafına təsir edə bilir. Əzələ xəstəlikləri, metabolik

xəstəliklər, beyin iici, infeksiya, prematür doğuş kimi səbəblər də uşaqların yeriməməsinə səbəb olur.

YERİMƏSİ ÜÇÜN NƏ ETMƏLİ

Əgər tibbi problemlər yoxdursa, uşağınızın yeriməsi üçün aşağıdakıları tətbiq edə bilərsiniz:

Uşağınızı yeriməyə təşviq etməlisiniz, əlindən tutaraq yeriməyə fürsət verin.

Ayaq əzələlərini gücləndirmək üçün uşağı çılpaq ayaqda və ya sürüşməyən corablarda saxlamaq lazımdır.

Qarşısına oyuncaq qoyun ki, yerimək üçün cəhd göstərsin.

Bezi və paltarları çox sıx olmamalıdır, bu uşağın hərəkət azadlığını azaltdığı üçün yeriməsini əngəlləyir.

Mənbə: Leydi.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!