Uzun illərdir ki,heyvanlar insanların can yoldaşı,ən sadiq dostu olmuşdur.Ədəbiyyatlarda Pet Terapy, pet psixoterapiya,heyvan dəstəkli terapiya və.s kimi terminlər işlədilmişdir.Araşdırmalar nəticəsində məlum olmuşdur ki,heyvanlarla edilən terapiya insanın psixoloji,sosial və fiziki inkişafında böyük rol oynayır.
Xüsusilə ev heyvanları ilə edilən bu cür heyvan dəstəkli terapiyalar daha əlverişlidir.Konis terapiya,başqa sözlə desək itlərlə terpaiya 1944-cu ildən rəsmi şəkildə tədbiq olunmağa başlayıb.Fiziki,psixoloji,ruhsal və sosial problem yaşayan uşaqlarla edilən bu terapiyalarda böyük uğurlar qazanılmışdır.Terapiyalarda itlərin bədən istiliyindən,bio-ritmlərindən,tükləri ilə təmasdan və insanlar üzərindəki motivasiyaedici xüsusiyyətlərindən istifada olunur.İtlərlə olan terapiyanın faydalarına nəzər yetirək.
Uşaqlarda empatiya qurmaq hissini formalaşdırır.Beləki uzun müddət itlərlə birlikdə olan uşaq artıq onların bədən dilini öyrənməyə başlayır və empati qurmağa başlayır.
Özünə qapanıq olan,sosial unsiyyətə həvəs göstərməyən uşaqlar itlərin sayəsində daha xaricə meyilli olurlar.
Özünə xidmət vərdişlərinin formalaşmağı üçün itlərlə terapiya ən əyləncəli üsuldur.Yemək yemə vərdişi formalaşmayan uşaqlarla aparilan konis terapiya daha böyük nailiyyətlər əldə edir.Beləki uşaqlar itlərə yemək,su verməklə tədricən özləridə yemək yemə,qidalanma vərdişinə yiyələnirlər.Eyni zamanda qaşıqdan istifadə etməyi öyrənir.Xırda dişli daraqla itlərin tüklərinin daranması uşaqları çox əyləndirir həmdə özünə xidmət bacarıqlarını inkişaf etdirir. Bu daha çox Daun Sindromlu,Autizmli uşaqlarda işə yarayır.
Emosional sabitlik baxımından da işə yarayır.Beləki uşaqlar və itlər arasında olan səmimi dostluq onların daha çox xoşbəxt olması,özünü güvəndə hiss etməsinə şərait yaradır.
İnsanlardan fərqli olaraq itləri insanın necə göründüyü,nə danışdığı maraqlandırmaz.Önyarğıları olmaz.Buda problemli uşaqlarda özgüvənin yaranması və özünü qəbullanma baxımından çox önəmlidir.
Terapiyalarda itlərlə uşaqlar arasında,uşaqlarla terapistlər arasında,uşaq,terapist və ailələr arasında çox səmimi münasibət yaranır.Xüsusilə əvvəl sosiallaşmağa meyilli olmayan,ünsiyyətdən qaçan uşaqlarda ünsiyyətə meyillilik yaranır.Onlar itlərlə keçirdi xoş vaxtı öz ailələri,ətrafında olan insanlarla bölüşmək üçün can atarlar.
İtlər Mental Stimulasiya baxımından da yardımçı olurlar.Uşaqlarda uzun müddətli və qısa müddətli hafizənin inkişaf etməsi,diqqətini toplaya bilmək bacarığı,ünsiyyət vərdişləri,yamsılama bacarıqları və digər proseslərdə irəliləyişlər müşahidə olunur.
İtlərin insan üzərində ən çox faydalı olduğu sahələrdən biridə fiziki göstəriciləridirşTanıdığı heyvanla birlikdə olmaq insanlarda rahatlıq effekti yaradır.Bu baxımından edilən testlər yüksək qan dövranının və ürək döyüntülərinin normaya düşdüyünü göstərir.Eyni zamanda itlərlə təmas quraraq yuxuya gedən uşaqlarda bədən tonusunun normallaşdığı qeyd edilir.Taktil stimulasiya baxımından əllər və ayaqların itlər tərəfindən yalanması zaman tonus qaydaya düşür,üzvlərə nəzarət artır.Həmdə uşaq öz bədən üzvlərini uzun müddət hiss edə bilir.
Uzun müddət ağır tibbi,pedaqoji müdaxilələrdən yorulan uşaqlar üçün itlərlə terapiya 1 növ motivasiya artırıcı funksiya daşıyır.Müxtəlif əyləncəli oyunların oynanılması uşaqlarda hərəkət bacarıqlarını inkişaf etdirir.Əvvəl məcburən edilən hərəkətləri uşaqlar artıq sevə-sevə edirlər.Xırda və böyük matorikasının inkişafı üçün itlərlə müxtəlif oyunlar oynayır.
Ancaq bu terapiyanı tədbiq etməzdən əvvəl uşağın hər hansı 1 alerjik reaksiyasının olub-olmaması müəyyənləşməlidir.
Nuray Lətifzadə