ASPERGER SİNDROMU

Autizm son illərdə çox duymağa başladığımız bir əngəl formasıdır. Çəkilən filmlər (Yağış adam, Mənim adım Sam, Yüksələn Merkuri), yazılan kitablar, qəzetlər və jurnallar vasitəsilə autizmə olan maraq gün keçdikcə artır. Texnologiyanın ünsiyyəti artırmaq üçün hər gün təzə bir layihəyə imza atdığı günümüzdə bu əlaqədən yararlanmayan və özlərini daxili dünyalarına bağlayan uşaqlar müşahidə edilir və bu uşaqların özlərinə aid dünyalarının olduğu müəyyənləşdirilmişdir.

Autizmin daha çox maraq doğuran pozğunluqlarından biri də Asperger sindromudur. Bu pozğunluq üçün inkişafda gecikmələr, əlaqə qurmaq çətinliyi sosiallaşmada çatışmamazlıqlar xarakterikdir. Asperger sindromu, digər autizm pozğunluqlarından dil və fərdi inkişafa təsir etməməsi ilə ayrılır. Avstriyalı uşaq həkimi Hans Asperger, uşaqlarda bu sindromu göstərən ilk adam oldu. Bu uşaqların empatik bacarıqlarının az olduğunu, sözsüz ünsiyyətdə çətinlik çəkdiklərini və öz yaşıdlarına görə daha bacarıqsız olduqlarını müəyyənləşdirdi. Asperger sindromunun əlamətləri digər autizm pozğunluqlarınının əksinə, əksər hallarda daha böyük uşaqlarda özünü göstərir.

Asperger sindromu sosial bacarıqsızlıq və ünsiyyət qurmaq problemlərinə səbəb olan bir inkişaf pozğunluğudur. Bu sosial bacarıqlar, əlaqə qurmaq bacarıqları və xəyal gücü inkişafında gecikməyi yaradan bir pozğunluqdur. Aperger sindromu olanların zəkaları və dil inkişafları normaldır. Bəzi uşaqlarda yüngül simptomlara yol açarkən, bəzilərinin yaşayışlarına ciddi şəkildə təsir edən simptomlara yol aça bilir.

Asperger sindromu bir çox uşaqda əlamətlərini gec biruzə verir. Bir çox vəziyyətdə 5 ilə 9 yaş arasında müəyyənləşdirilir. Bəzi uşaqlarda isə 3 yaşından sonra diaqnoz qoyulmuşdur.

Asperger sindromu simptomları əksərən uşaqları özləri ilə əlaqə qurmayan ailələr tərəfindən müəyyən edilir. Sosial davranışları digər uşaqlardan fərqlidir. Uşaq məktəbə getməyə başladığında problemlər daha böyük olamağa başlayır. Bunun səbəbi əsəbi unsiyyət əlaqələri olduğundan digər uşaqlarla problem yaşamalarıdır. Bir çox valideyn uşaqlarını davranış problemlərinin müəyyənləşdirilməsi üçün həkimə aparır. Uşaqlarda Asperger sindromu simptomları aşağıdakılardır.

Üz ifadələri,bədən hərəkətləri, göz təması kimi sözsüz ünsiyyət və jestlər ilə bağlı problemlər
Dostları və bacı-qardaşları ilə əlaqələrində problemlər.

Bu uşaqlar tək başına oynamaq istəyir və qrup oyunlarında iştirak etmir.

Ematiya azlığı göstərirlər və duyğuları qarşılıqlı başa düşə bilmirlər. Məsələn: başqa bir uşaq ağlayanda ona təsəlli vermir və niyə ağladığını başa düşə bilmir.

  • Başqalarına reaksiya vermirlər.
  • Danışıqlarında vurğu yoxdur.
  • Zarafat və ya gərçək mənadan kənara çıxan bir şeyi göstərən danışıqları başa düşmürlər.
  • Bəzi uşaqlarda dildə gerilik görsənir. Məsələn, təzə bir söz və ya cümlə öyrəndiyində onu yadından çıxara bilər və təkrar işlədə bilmir.

Bu göstərdiklərim Asperger sindromlu uşaqlardakı ünsiyyət və psixolji problemlərdən bəziləridir. Bu uşaqlar Asperger sindromunun davranış və fiziki özəlliklərini də göstərirlər. Unutmamalıyıq ki, bütün Asperger sindromlu uşaqların hamısı eyni əlamətləri göstərmirlər. Bəziləri buradakı bütün simptomları göstərərkən, bəzilərində simptomlar çox yüngüldür.

Asperger sindromunda müəyyən olunan bəzi davranışlar aşağıdakılardır:

  • Təkrarlanan və əsəbi davranışlar.
  • İşıq, səs, qoxu, dad və toxunmaya həssasdırlar.
  • Qəzəb bu uşaqlarda ortaq müəyyənləşdirilib.
  • Yetkinlərdə Asperger sindromu:

Yetkinliyə çatana qədər Asperger sindromu əlaməti almamış bir çox adam vardır. Bu adamlar çox vaxt göz təması yaratmadıqlarından qəribə olduqları fikirləşilir. Ünsiyyətlərini davam etdirməkdə problemlər yaşayırlar və buna baxmayaraq olduqca bacarıqlı və zəkalıdırlar. Yetkinlərdə Asperger sindromu onların gündəlik yaşantılarına təsir edir, alış-verişə getmək kimi sadə şeylərdə belə bəzən problem yaşaya bilirlər. Yetkinlərdə Asperger sindromu əlamətləri aşağıdakılardır.

  • Epilepsiyadan şikayətlənirlər.
  • Depressiya, əsəbilik kimi pozğunluqlar.
  • Yemək tsiklinin pozulması ilə əlaqədar yemək yeməmə.
  • Sosial əlaqə qura bilməmək, cinsi problemlə

Asperger sindromunun diaqnozunun qoyulması üçün hazırlanmış xüsusi bir Asperger sindromu testi yoxdur. Ancaq, bu vəziyyətin diaqnozunda bəzi köməkçi vasitələr vardır. Bu diaqnoz vasitələri valideynlər və müəllimlər tərəfindən cavablandırılması lazım olur. Bu testlər vasitəsi ilə xəstəliyin şiddətini də müəyyən etmək olar.

Asperger sindromunun dəqiq bir müalicəsi yoxdur. Ancaq uşaqların mümkün olduğu qədər normal bir yaşayış keçirə bilmələri üçün xeyli terapiyalar vardır. Bu terapiyalar ünsiyyət və sosial bacarıqlar, şüurlu davranış terapiyası kimi Asperger sindromu əlamətlərinin düzəldilməsinə köməkçi olur.

Asperger sindromu olan bir çox məhşur vardır. Albert Einstein 9 yaşına kimi axıcı danışa bilmirdi. Dil gecikmələri Asperger sindromlu uşaqlarda çox yayılmışdır. Qəribə davranışlar göstərdiyi və sosial uyğunluğu olmadğı üçün məktəbdən atıldı. Ancaq vəziyyəti ilə mübarizə apardı və kəşflər edərək Fizika üzrə Nobel Mükafatına layiq görüldü.

Dünyanın ən varlı iş adamlarından biri, Microsoftun yaradıcısı olan Bill Gatesin uzun vaxtdır Aperger sindromu olduğundan şübhələnilmişdir. Onun tez qurtaran əlaqələri, tək fikirli izləyiciliyi, geyim və ya moda azlığı onu Asperger sindromlu olduğunu düşündürən əlamətlərdir. Benjamin Franklin, Isaac Newton, Woody Allen, Michelangelo kimi bir çox tanınmışın Asperger sindromlu olduğu fikirləşilir.

Nərmin Əliyeva

Klinik refleksoloq

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!