Для формирования правильной речи у ребенка: что необходимо делать родителям

KƏKƏLƏMƏ XƏSTƏLİK DEYİL, TƏNBƏLLİKDİR!

Kəkələmə termini (balbuties) sözündən götürülüb yunan dilində təkrarlanma demekdir.Əvvələr bu qüsur battarismus adlanmışdır.Qədim Kir hökümdarı Battanın şərəfinə qoyulub.Kir hökmdarı Batta hər sözün ilk hecasını təkrarlayırmış.Lakin müasir Defektologiyada Battarizm ixtisarlaşmış və temporitmik nitq pozulmaları olan Taxilaliyanın bir növü kimi qeydə alınır.

Kəkələmənin sinonimləri: Logofobiya,Logonevroz,Uşaq xəstəliyi və s. kimi qeyd olunur.Bəzi qeydlərdə Verbafobiyanı da kəkələməyə sinonim termin kimi götürürlər.Bu isə düzgün yanaşma deyil.Logofobiya nitqdən çəkinmə,qorxu hissidir.Logopad ve ya Kəkəc öz nitqindəki qüsurun fərqində olur və danışmağa başlayanda həyəcan-qorxu keçirir.Verbafobiyada isə xüsusi seçilmiş sözə qarşı fobik reaksiya olur.Məsələn şəxsdə öz uşaqlıq dönəmində yaşadığı xoşagəlməz bir hadisə ilə bağlı siçan sözünə fobiya yaranıb.Hər dəfə o sözü eşidəndə reaksiya verir.

Hər bir insanın nitqində tutulma və ya təkrarlanma ola bilər.Əyər bu tutulmalar və təkrarlanmalar tez–tez olursa bu artıq patalogiyadır.Bu patoloji nitq qüsuru Kəkələmədir.Kəkələmə nəyə deyilir?Nitqin normal axıcılığı və ifadə patternlərinin dəyişilməsi ilə müşahidə edilən temporitmik nitq pozulmasına Kəkələmə deyilir.Kəkələmə nitqi idarə edən ali sinir fəaliyyəti proseslərinin pozuntusu,eləcədə beynin anatomiyası fəaliyyəti,dofamin və qamma-amin yağ turşularının mübadiləsində baş verən pozuntular nəticəsində baş verir.

Kəkələmə xarakterinə görə 3 yerə bölünür:a)Klonik b)Tonik c)Qarışıq.Klonik kəkələmə kloun sözündən götürülüb tekrarı,eynisi deməkdir.Sözdə hecaların təkrarlanması fonunda biruzə verir.Məsələn: Ana,mə-mə-mə-mənə su ver.Tonik kəkələmə ton sözündən götürülüb tebr,avaz deməkdir.Sözdə səslərin tutlması fonunda biruzə verir.Məsələn:Ana,m-m-m-mənə su ver.Tonik kəkələmə özü də 2 yerə bölünür: a) prolonqanik-tonik b) blokanik-tonik.Prolonqanik-tonik növdə sözlər prolonqasiya olunur yəni uzanaraq qırılır.Əsasən bu pozulma sait səslerin iştirakında özünü biruzə verir.Blokanik-tonikdə isə nitq blokadaya düşür və bir neçə saniyə bəzən də dəqiqə nitq axarları bağlanır və danışmağa imkan vermir.Qarışıq kəkələmənin de 2 növü var:a)klonik-tonik b)tonik-klonik.Əsasən pozulma ardıcıllığına görə təyin edilir.Məsələn:Ana,mə-mə-mə-mənə su v-v-v-v-ver.Bu klonik-tonik növdə olan pozulmadır.Belə olduqda isə: Ana,m-m-m-mənə su ve- ve- ve- ver bu pozulma tonik-klonik pozulmaya aiddir.

Kəkələmə dərəcəsinə görə 3 yerə bölünür: 1.Səthi kəkəkləmə 2.Orta kəkələmə 3.Ağır kəkələmə.Kəkələmənin dərəcəsini təyin etmək mütəxəssisin təcrübəsindən irəli gəlir.Kəkələmənin dərəcəsi onun xarakterindən aslı olmayaraq dəyişir.Yüngül formalı qarışıq növ kəkələmə də ola bilər,ağır növ klonik kəkələmə də ola bilər.Ağır növ pozulmalarda əsasən tikozlar,çənə və dodaq tremorları və blokanik fon özünü göstərir.

Dedik ki,Kəkəclərdə Tiklər və Tremorlar olur.Tik və Tremor nədir?İlk növbədə tiklər haqqında danışaq.Tikoz və ya tik sarışan hərəkət nevrozudur.3 növ tiklər mövcuddur.a) mimik tiklər b)vokal tiklər c)motor tiklər.Mimik tiklər əsasən üz və üz ətrafı hərəkət pozuntusudur.Göz qırpma,qaş qaldırma,dodaq dartma,burun çəkmək mimik tiklərə aiddir.Vokal tiklər səs pozuntusudur.Boğazı təmizləyirmiş kimi səslər çıxarmaq,aa,ıı,ee,mm kimi seslerden intensiv istifadə etmək vokal tiklərə aiddir.Motor tiklər isə bədən üzvlərinin qeyri-ixtiyarı hərəkət pozulmasıdır.Bədəni arxaya-qabağa verərək danışmaq,çiyinləri tərpətmək,əlləri ovuşdurmaq,ayağını yerə döymək bu kimi hərəki pozulmalar motor tiklərə aiddir.

Səbinə Oruczadə.

Narınc Uşaq Psixologiya Mərkəzinin 9mkr. filialının defektoloq – loqopedi.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });