Uşaq tərbiyəsində ata faktoru

Uşaq tərbiyəsində atanın rolu

Məlumdur ki, valideyn himayəsində yaşayan uşaqların məktəbə qədər yaş dövrü, əsasən ata və ananın nəzarəti altında keçir. Bu dövrdə böyükləri uşaq üçün əsl etalon hesab etmək olar. Uşaq valideynlərinin səsini, yerişini, demək olar ki, evdəki bütün hərəkətlərini yamsılayır. Balacalarda beynin sintez və analitik fəaliyyəti formalaşdıqca, artıq onlar valideynlərinin hərəkətlərini götür qoy etməyə, onlara tənqidi yanaşmağa, necə deyərlər ata ananın nöqsanlarını görməyə başlayır. Ona görə də gənc ailələr öz davranışları ilə övladlarına nümunə olmalıdırlar. Uşaq tərbiyəsində ilk növbədə psixoloji iqlimin sağlam olması vacibdi. Ailədə əlverişli psixoloji iqlim öz-özünə əmələ gəlmir. O,cəmiyyət qarşisinda, ailəsi və uşaqları qarşisinda məsuliyyətini, borcunu düzgün başa düşən ağıllı, həssas ər və arvadın, ata və ananın gündəlik səyi ilə yaranır. Bu baxımdan onlar öz ailə dramının nəinki müəllifləri ,həm də aktyorlarıdır. Ər və arvad, ata və ana özlərinin müdrik və nəcib insan olduqlarını bu ailə rolları vasitəsilə göstərməlidirlər. Uşağa qoyulan normalar mütləq əvvəldən müzakirə olunmalıdır ki, ata-ananın fikirləri üst-üstə düşsün: “Yəni ananın dediyi sözü ata inkar edərsə, bu zaman uşağın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi, söz ehtiyatı belə valideyn davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən həmin danışıq tərzindən istifadə edəcək. Əlbəttə, bu da həmin uşaq haqqında xoş rəy yaratmayacaq. Yəni, valideynlər davranışları ilə övladlarına nümunə olmalıdırlar. Tutaq ki, ata övladına böyüklərə hörmət etməyi tövsiyə edir, amma o özü evdəkilərə və ya həyətdəki qocaya xoş münasibət göstərmir. Ətrafındakılara laqeyd olan bir valideynin övladına ədəb dərsi keçməsi mənasızdır. Uşaqların tərbiyəsində nənə və babanın rolu əvəzsizdir. Onların danışdıqları nağıllar uşağın düçüncələrinə, davranışlarına birbaşa təsir edir.

Psixoloji tədqiqatlar göstərir ki, qızlar qadınlıq etalonlarını, hər şəydən əvvəl, ana ilə dialoq şəraitində mənimsəyirlər. Onlara bu etalonlara müvafiq şəkildə evdarlıq, uşaqlara qulluq etmək vərdişləri aşılanır, musiqi mədəniyyəti, özünün ata və qardaşları nümunəsində kişiyə hörmət hissi, oğlanlarla rəftar taktı tərbiyə olunur. Onlarda mehribanlıq, təmkinlilik, nəzakətlilik və s.kimi qız üçün səciyyəvi keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirilir. Oğlan uşaqların kişiyə məxsus xarakter əlamətləri, xüsusilə iradi keyfiyyətlər aşılanır. Ailə, ilk növbədə ata övladının rəftarına, davranışına daim nəzarət etməlidir, xüsusən də uşaq həddi-büluğa yetişdiyi dövrdə. Ata övladının təklikdə olan halına diqqət yetirməli, onun dostlarını tanımalıdır. Bu, ata-ananın tərbiyə sahəsində qarşısında duran ən məsul vəzifədir. İslam dini valideynləri ayıq olmağa səsləyir.

Uşaqların kişi və qadın rollarını mənimsəməsində valideynlərin davranışı da mühümdür. Atanın bir kişi ,ananın isə qadın kimi nümunəsi uşaqların oğlan və qız tək formalaşmasında eyni dərəcədə zəruridir. Ailədə ata obrazı uşaqların kişi və qadın rollarını mənimsəməsində daha təsirli rol oynayırlar. Uşaqlar atanın qayğısında özlərini xoşbəxt hiss edirlər. Atanın hətta qısa vaxt ərzində 6 ay,1 il evdə olmaması nəticəsində oğlan uşaqlarında qorxaqlıq, qaradinməzlik, tərslik, əsəbilik və s.kimi mənfi əlamətlər tədricən əmələ gəlir. Oğlan uşaqları özlərini ataları ilə eyniləşdirir, onun bir çox hərəkətlərini təqlid yolu ilə mənimsəyirlər. Oğlan uşağı üçün ata ağıl, iradə qüvvəsi, kişi əzaməti nümunəsidir. Ata oğlunu tərbiyə etməklə,həm də özünü dəyişir.Öz oğlunun simasinda gelecel kişinin formalaşmasını görmək və ona bu sahədə ən yaxşı davranış nümunəsi göstərmək o deməkdir ki, ata özünün kişi ləyaqətini qoruyur, daha da inkişaf etdirir. Bu gün bəzi atalar atalıq funksiyasını yalnız evə ərzaq almaqda görür. Uşağın xarici aləmə münasibəti ana, bacı, qardaş, nənə, baba vasitəsilə reallaşır. Lakin uşaq böyüdükcə onun inkişafında atanın rolu artır. Uşağın münasibətləri şaxələnir. Unutmaq olmaz ki, valideynlərin uşaqlarla münasibəti yeniyetməlik, gənclik yaşı dövründə də onların formalaşmasında əhəmiyyət kəsb edir. Gənclərin inkişafına valideynlərin təsiri danılmazdır. Oğlan və qızlara hər bir cins üçün səciyyəvi olan davranış, rəftar qaydaları aşılanmalıdır. Ailələr bilməlidir ki, oğlan uşaqlarına kişiyə uyğun mənəvi keyfiyyətlər aşılamaq məhz valideynlərin üzərinə düşür. Bəzən ailələr qız və oğlan övladlarını bir-birindən seçmirlər. Oğlan övladı olan valideyn övladında “kişi” xarakterini formalaşdırmağa çalışmalıdır. Uşaqların yaşına uyğun tələblər qoyulmalı və onun reallaşmasına nəzarət olunmalıdır. Uşaqlar böyüdükcə onları ailə problemlərinin müzakirəsinə cəlb etməli və onların fikirlərinə dəyər verilməlidir.

Narınc Könüllü qrupunun üzvü: Əliyeva Şəbnəm

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });