Atanın körpə ilə əlaqəsi uşağın ruh və bədən sağlığı baxımından son dərəcə vacibdir. Bu əlaqə ana bətnində başlanıla bilər. Ata və körpə arasındakı əlaqə və diqqət göstərilməsi lazım olan həssas mövzuları bu yazıda tapacaqsınız.
Ata və körpə arasındakı əlaqə körpə ana bətnindəykən başlayar. Ananın bətninə toxunan və onunla danışan ata həm dünyaya gələcək uşağına qarşı olan bağını gücləndirir, həm də onunla danışarkən ya da həyat yoldaşının bətnini oxşayarkən körpə də atasının varlığını hiss edər. Ana bətnindəki körpə səsləri eşidər və anbarlayar. Beləcə anasının olduğu qədər atasının səsini də tanıyar. Körpənizə özünüzü tanıdın və sevginizi göstərin. Bu əlaqə üçün körpənin ən hərəkətli olduğu 20.00-24.00 saatlarını seçin. Ana ilə qurulan bağdan əlavə ata ilə qurulan bağ da körpələrin böyümə və güvən duymaları üçün lazımdır.
Doğuş sonrası bağ üçün atalara təkliflər.
Doğuşdan sonra bütün baxımı analara buraxmayın. Atalar da əmizdirmək xaric, hər cür baxımı körpələrinə verə bilərlər. Altını dəyişdirə bilərlər, yuxuya getmələrinə kömək edə bilərlər. Körpənin baxımında aktiv olan atalar, olmayanlara görə daha tez və köklü bir bağ qurar. Atalar körpələri çılpaq olaraq sinələrinə yatıra bilər, yellənən kresloda onlara hekayə oxuya bilərlər. Onunla danışmağa, toxunmağa və kiçik oyunlar oynamağa davam edin.
Atanın qayğısı informasiya qabiliyyəti qazandırır.
• İlk aylarda ata tərəfindən sıx qayğı və baxım görən körpələrin ətrafı ilə əlaqə qurmaqda daha istəkli olduğu bilinir.
• Atanın uşağın baxımıyla yaxından maraqlanması, əsası da oğlan uşaqlarında, sonrakı yaşlarda qarşı cinsə şiddət tətbiqi meylini endirər. Tək başına bir ana tərəfindən yetişdirilən uşaqlar böyümə müddətində sadəcə anası ilə bərabər olduqları üçün ən kiçik kədərlərini və problemlərini anaya bağlaya bilər və digər yaşlarda anaya, bu səbəbdən qarşı cinsə qarşı mənfi reaksiya inkişaf etdirərlər. Atanın uşağın böyümə müddətindəki aktiv rolu isə bu ehtimalı endirməkdədir.
• Aparılan araşdırmalar atalarının yaxın qayğısıyla böyüyən uşaqların ümumiyyətlə, özlərini ifadə etmə və əlaqə qura bilmək mövzusunda daha bacarıqlı olduğunu göstərir.
• Atanın, uşağın fərdiləşməsini öyrənməsi üzərində rolu böyükdür. Çünki analar uşaq baxımından daha çox qoruyucu və nəzarətçi bir yanaşma göstərərkən atalar uşağın ətrafı və həyatı kəşf etmə mərhələsində ona daha çox sərbəst olmağı seçər.
• Yetişmə müddətində atanın aktiv rol oynadığı uşaqların instinktlərini nəzarət etməkdə və sosial adaptasiyada daha bacarıqlı olduqları da bilinir.
Mənbə: anneoluncaanladim.com
Tərcümə etdi:Şəbnəm Cəlilova