Uşaqlarda 2 yaş sindromu

  Uşaqların inkişaf dönəmlərində 2 yaş valideynlərin çətinlik çəkdikləri yaş dövrlərindən biridir. Bu yaş dönəmində uşaqlar həm çevrəsini, həm də dün-yanı kəşf edirlər.

  Özlərini ifadə etmək və hər şeyin özlərinə aid olmasını istəyərlər. 0-3 yaş dövründə həm də güvən hissi  inkişaf etməyə başlayır. 2 yaşda uşaqlar fizi-ki, zehni, dil, sosial, emosional və cinsi inkişaflarında bir qisim özəlliklərə sahibdirlər. 2 yaşlı uşaqlar hoppanar, tullanar, dırmaşar, qaçar – həmişə hə-rəkətlidirlər. Tək başına pillələri enib qalxar, barmaq uclarında yeriyə bilər, əl-üzlərini yuya bilər, köynəkləri düymələyərlər. 2 yaş uşaqları ad və soya-dını söyləyə bilərlər, tek cümlə və ya sadə sözlərlə danışarlar, bəsit suallar verərlər, danışdıqları rahat başa düşülər, “niyə ?” sualını çox istifadə edərlər.

  2 yaşlı uşaqlar digər uşaqlarla oynamaq istəyər, lakin doğru ünsiyyət qura bilməzlər. Buna baxmayaraq, özlərindən balaca uşaqları çox sevərlər. Pay-laşmağı sevməzlər, xəyali oyun dönəmidir, öz-özlərinə danışıb oynaya bilər-lər. Hər şeyin özlərinə aid olmasını istədikləri üçün aldıqlarını geri vermək istəməzlər. Onlar istəklərinin yerinə yetirilməsini istəyərlər, tez əsəbiləşər-lər və bağırıb-çığırıb yumruq ata bilərlər. Yeməyi, yatmağı istəməmək, nə deyilərsə əksini etmək, ana-ataya vurmaq, özünü yerə atmaq, başını vurmaq kimi şikayətlər 2 yaş sindromunu göstərə bilər.

  Bunları əsla etməyin :

  • Övladınızı əsla cəzalandırmayın, onu pis uşaq olmaqda günahlandırmayın.
  • O, əsəbiləşdikdə buna əngəl olmayın.
  • Uzun açıqlamalar verməyin.
  • Qadağalar qoymayın.
  • Onunla inadlaşmayın.
  • Sual verməsinə izn verin.
  • “Xeyr” kəlməsini çox istifadə etməyin.

  Bunları edin :

  • Diqqətini başqa istiqamətə yönəltməkdə yaradıcı olun.
  • Alternativ variantlar təklif edin.
  • Övladınıza sərbəst olacağı şərait yaradın, duyğularını və özünü göstərmə-sinə icazə verin.
  • Enerjisini boşaltmasına imkan verin.
  • Uşağınızla birlikdə zaman keçirin.
  • -Lazım olarsa, bir mütəxəssisdən yardım alın.

  2 yaş dönəminin ən böyük məsələlərindən biri də qidalanmadır. Yemək məsələsində aşırı israrçı olmaq, ətrafı çirkləndirəcək deyə zbaşına yeməsinə izn verməmək, zorla ağzını açdırıb yemək yedizdirmək uşağın sərbəstləşmə-sinə böyük zədədir. Bu vəziyyətdə uşaqlar inadlaşaraq yeməyi rədd edə bi-lər. Yeməyi ağzında saxlamaq, tüpürmək tez-tez müşahidə edilən situasiya-lardır. Uşaq ac olanda qabı önünə qoyub , yeməyi əlləməsinə, ağzına apar-masına izn verərək yemək yeyə bilmək uğurunu qazanmasına kömək olun. Qidalanması üçün ehtiyacı olan, lakin xoşlamadığı meyvə və ya tərəvəzləri sevdiyi yeməklərin içərisində və fərqli şəkildə ona təqdim edə bilərsiniz. Bu qida rəddinin qarşısını ala bilər.

  Həşeyə “cızzz” demək olarmı ?

  Qətiyyən hər şeyə “cızz” deyərək önündən qaldırmayın. Əllədiyində əşya-lara və özünə zərər vermirsə, əlləsin,toxunsun, ağzına aparsın. “Cızzz” sö-zünü sadəcə ən təhlükəli vəziyyətlərdə işlədin.

  Uşaq yetişdirərkən qərarlı və səbrli ola bilmək ən həssas nöqtədir. Birdən dəyişən sevgi və ya sevgisizlik, sevginizi şərtlərə bağlamağınız uşağınıza edəcəyiniz ən böyük pislik olacaqdır.

Qaynaqlar : www.psikoterapi.pro

                    www.mynet.com

Tərcümə etdi : Əlizadə Türkan – ADPU ( Təhsildə sosial psixoloji xidmət)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!