Mikrosefaliya

Mikrosefaliya

Mikrosefaliya-Beyində olan mayenin azalması və kəllə sümüyünün ölçüsünün az olması ilə fərqlənir. Mikrosefaliya əqli geriliyə və nevroloji geri qalmalara səbəb ola bilir. Qızlar və oğlanlarda olma riski eynidir. Hesab edilir ki, hər doğulan 10000 uşaqdan biri bu diaqnozla doğulur. Normalda beyindəki mayenin miqdarı 400 qr olur, yeni doğulmuş uşağın kəllə sümüyü 35-37 sm olmalıdır. Amma kiçilmə zamanı bu 25-27 sm olur.

Mikrosefaliyanın dəqiq yaranma səbəbini demək çətindir. Aşağıdakı hallarda olma ehtimalı yüksəkdi:

  • Ananın spirtli içki,narkotikə olan meyli
  • Hamiləlik zamanı ananın infeksiya keçirməsi (məs; taksoplazmoz)
  • Hamiləlik zamanı ananın toksik maddələrlə zəhərlənməsi
  • Radiasiya təsirləri
  • Bir çox dərmanların tərkibində olan maddələr
  • Müxtəlif genetik xəstəliklər

Təəssüflər ki, mikrosefaliyanı tam sağalda bilən effektiv metod və ya dərmanlar yoxdu. Müalicələr əsasən epilepsiya əleyhinə, gimnastika, dərmanlar, pedaqoq, nevrepatoloq ilə birgə aparılır. Uşaqda elementar özbaxım vərdişləri və motorika daha çox işlənilir.

Simptomları

Mikrosefaliyanın əsas əlaməti kəllə sümüyünün ölçüsünün kiçik olması, həmçinin bədən inkişafınında normadan geri qaldığı müşahidə edilir. Nəzərə alınsakı beyin öz inkişafını normal tamamlaya bilmir, uşağın həm zəka, həmdə fiziki geri qalması müşahidə edilir. Bu səbəbdəndə nitq gecikir, eyni zamanda nitqi başa düşmədə zəif olur.

Belə uşaqlar başlarını gec saxlayırlar, gec iməkləyir, gec gəzir və otururlar. Mikrosefaliyalı uşaqlarda əksər hallarda serebral iflic və epileptik tutmalar ola bilər. Mikrosefaliyalı uşaqlar təlimə tabe olurlar. Onlar özbaxımvərdişlərinə yiyələnə bilir və çətin olmayan tabşırıqları yerinə yetirə bilirlər. Nadir hallarda aqressiya ilə müşahidə olunan hiperaktiv davranışlar göstərirlər.

Mikrosefaliya bəzən başqa anomaliyalar ilədə bağlı ola bilir. Bura ürək qüsuru, ağciyər, böyrək çatışmamazlığı və s. ni aid etmək olar.

Diaqnostika

Hamiləlik zamanı bütün qadınlara hər triomestrda üzi testindən keçirilməsi məsləhət görülür, əgər lazım olarsa üzi sayları artırıla bilər. Lakin mikrosefaliya üzidə gec yəni 25-27-ci həftələrdə bilinməyə başlayır. Həkimdə hər hansı şübhələr olarsa o əlavə prenetal diaqnostika istəyə bilər. Materiallar toplandıqdan sonra genetik laboratoriyaya göndərilir.

Uşağın mikrosefaliya ilə doğulmasında əsas diqqət kəllə sümüyünün kiçik olmasına yönəlir, hansıki bu sonradan kompensasiya olunmur. Həmçinin bir çox xarakterik əlamətlər görmək olur: alın hissənin eninin az olması, böyük qulaqlar, böyük dişlər bura aiddir. Doğumdan sonra frontal bölgənin bağlanması izlənilir, bu daha çox ilk ayda baş verir. Mikrosefaliyanın təsdiq edilməsi neyrosanaqrafiya vasitəsi ilə olur. Uşaqda mikrosefaliyanın müəyyən edilməsi genetik patalogiyanın olduğuna bir göstərişdi, buna görədə diaqnostika ərəfəsində genetikdəndə konsultasiya alınır. Baş beynin fubksional vəziyyətini dəqiqləşdirmək üçün EEQ təyin olunur, bu metod vasitəsilə beynin hansı hissələrinin aktiv olması dəqiqləşdirilir.

Müalicə

Mikrosefaliyalı uşaqlar digər uşaqlara nisbətən pediatrın müayinəsində daha da çox olmalıdırlar. Bu uşağın bədən ölçüləri və əqli inkişafını izləmək üçün vacibdir. Həmçinin nevroloq müayinəsindəb keçmək vacibdir. Nitqin gecikdiyini nəzərə alsaq loqopedlə iş vacibdir, bu dərslər zamanı uşağın artikulyar aparatı inkişaf edir, söz ehtiyyayı artır. Fiziki məşğələ və idmanda vaxtı-vaxtında olmalıdır. Pedaqoji iş zamanı uşaq ətraf aləmi öyrənir və özünəbaxım vərdişləri qazanır.

Xalq üsulu ilə müalicə

Bura ilk öncə tünd şokoladı aid edə bilərik. Tünd şokalad təkcə dadı ilə deyil, həmçinin insan zəkası və əhvalına kömək edəcək bir çox maddələrdən ibarətdir.

Çin təbabətində qədim dövrlərdən jenşen istifadə olunur. Bu bitki beynin bütün hissələrinin inkişafına təkan verir. Onu qısamüddətli yaddaşı, həmçinin, diqqəti möhkəmləndirmək üçün, eləcədə əhvalı qaldırmaq və yorğunluğu azaltmaq üçün istifadə olunur.

Başqa bitki isə çəhrayı radioladı. Araşdırmalar sayəsində müəyyən olunmuşdur ki, bu bitki yüksək stressi azaltmağa, assosativ məntiqin inkişafına, qısamüddətli yaddaşa, hər hansı işdə konsentrasiyanın saxlanılmasına kömək edir.

Qida rasionunda omeqa-3 tərkibli qidalar çox olmalıdır. Bura fındıq, ot yeyən heyvanların əti və s. aiddir. Eləcədə aptekdən hazır kapsula şəklində satılan omeqa-3 almaq olar.

Həmçinin ağır karbohidrat üstünlük vermək lazımdır. Bura qarabaşaq, qara düyü və s. aid edilir. Mannı kaşanı, yulaflı qidaları rasiondan çıxarmaq lazımdır. Gün ərzində yeyilən tərəvəzlərin miqdarına nəzarət etmək lazımdır. Demək olar bütün tərəvəzlər ağır karbohidrat mənbəyidir. Ən əsası bişmədən, çiy yeyilməsi məsləhətdir.

Amma unutmaq olmak ki,uşağın qida rasionuna əlaqə və ya dəyişikliklər edəndə mütləq həkimlə məsləhətləşmək lazımdır.

Rzayeva Turanə NPM
Gənclik filyalının uşaq psixoloqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!