Autizmli uşaqlarda qorxular

Asanlıqla ortaya çıxan qorxular, yüksək həyəcan uşağın ətraf aləm ilə münasibətlərinə mane olur. Qorxularla bağlı problemlər autizmli uşaqlarda davranışla bağlı başlıca çətinliklərdən biridir.

Qorxular müxtəlif cür özünü biruzə verir. Bu real təhlükələrə qarşı müdafiə hissinin olmaması, həddindən artıq vas-vası olmaq, daima həyəcanlı olmaq, ayrı-ayrı qorxuların fiksasiyası, qorxudan obyektə qarşı panik reaksiyanın olması, həmçinin “qorxulu olan hər şeyə” xüsusi marağın olması ilə bağlıdır.

Uşaqlarda qorxuların yaranması normal haldır və bu olmalıdır. İlk qorxular elə kiçik yaşlardan başlayır və normal psixi inkişaf üçün olduqca vacibdir. Bunların arasında əşyaların sürətli hərəkət etməsi, bədənin formasının ani dəyişməsi və s. varki buda uşaqda özünüqorumanın inkişaf etdiyini göstərir.

Həmçinin uşaq təhlükəsiz yerləri kəşf edir və bu ona əlavə güvən verir. Belə yerlərə stolun altı, şkafın içi və ya parkda hər hansı yeri misal göstərmək olar. Bu dönəmlərdə uşaq evin hər hansı bir yerində gizlənərək özünü daha rahat hiss etmiş olur. Bununla yanaşı dahada ehtiyatlı olmağa başlayır, hündürlükdən və sərt yerlərdən yan gəzməyə başlayır. Əgər bir yaş dövründə heç kimə fikir vermədən parkda qaçır, yelləncəklərin üstünə çıxıb özünü yerə atırdısa, indi əksinə pilləkanları çıxanda belə ananın əlindən tutur, yıxılacağından ehtiyat edir.

Yaxınlarının diqqətini qarşıda olan “təhlükəyə” çəkməyə çalışır:pilləkanda olan çatı, yolda olan qabarıqlığ böyüklərə göstərir, stulun möhkəmliyini yoxlayır, qaranlıq yerlərə girmək və ya əksərən liftdə minmək istəmir, yoldan keçərkən və ya it hürərkən ananın əlindən möhkəm tutur. Tez-tez böyüklərin məna çıxara bilmədiyi nələrdənsə qorxmağa başlayırlar. Məs: qabyuyanın içindən suyun axıb getməsi, ventelyasiya borusundan gələn hava səsi, boşalmağa başlayan hava şarı və s. buna aiddir.

Həmçinin bu dövrdə uşaq görməyə öyrəşdiyi üz quruluşundan fərqli bir üz görəndə (kloun, çox yaşlı insan, maskalar) qorxmağa başlayır. Qorxulu yuxular görməyə başlayır və gecələr anidən oyanmaları olur.

Bütün bu mərhələlərdən psixoloji travma almadan çıxmaq üçün böyüklərin emosional dəstəsi çox vacibdir. Yaxınlar uşağı əvvəlki metodları ilə sakitləşdirə bilmirlər, mənfi təsürat hər uşaqda mütləq indevidual olaraq qalır.

Zamanla uşaq valideyinləri ilə birlikdə narahatlığını azaltmağı bacarır. Uşaq özünü təsdiqləmək, narahatlığını azaltmaq üçün həmin situasiyadan ananın dediyi sözləri öz-özünə demiş olur. Az qaldı yıxılasan, eybiyox keçdi və s. cümlələri özü-özü üçün işlədir. Bununlada böyüklərin köməkliyi ilə uşaqda baş verən mənfi hadisələrə qarşı ilkin reaksiyalar yaranmış olur. Bu öyrəndiklərini uşaq oyundada “möhkəmləndirmiş” olur.

Uşaqlarda hiss və emosiyalarını idarə etməkdə kömək edən digər vasitə kitablar əsasən nağıllardır. Nağıl qəhrəmanları ilə birlikdə həyəcanlandıqda,qaranlıqda qaldıqda, üşüdükdə, şər üzərində qalib gəldikdən sonra qorxu üzərində qalib gələ biləcəyi düşüncəsi formalaşır. Elə həyatının ilk illərində böyüklər nağıllar vasitəsilə qorxuya qarşı müdafiə yaratmış olurlar.

Qorxuların öhtəsindən gəlmək üçün böyüklərin etdiyi kömək uşaqlarda özlərini qorunmuş, təhlükəsiz his etməyə, özlərinəinamlı, kifayət qədər aktiv olmağa və dünyanı kəşf etməyə imkan verir. Amma autizmli uşaqlarda nisbətən fərqli göstəricilər görmək mümkündür.

Demək olar ki, autizmli övladı olan valideyinlər çox hissəsi bildirir ki, uşağın hündürlük, dərinlik və ya qaranlıq qorxusu var. Həmçinin ağrıya qarşı heç bir reaksiya verməmək də buna misaldı. Bəzən bu əlamətlər uşağın yaşı artsada itmir, hətta onunla birgə böyüyədə bilər.

Bəzən autizmli uşaqlarada özünümüdafiə hissi o qədər yüksək olur ki, bu onlara gündəlik həyatlarında mane olmağa başlayır. Arabasından çıxmaq istəmir, ayağını qara basmaq istəmir, qumla oynamaq istəmir, pilləkanları düşüb-çıxmaq istəmir. İlk öncə burda təhlükə vərdiş etmiş olduğu ritualların dəyişəcəyindən qorxudur. Şəhərdən bağ evinə və ya əksinə köçmək, ananın işə çıxması və s. kimi dəyişikliklər uşaqda yuxu pozulmasına, nitqində dəyişikliklərə, streotip davranışların artmasına və aqressiv reaksiyalara səbəb ola bilər. Evdə mebellərdən hər hansının yerini dəyişdikdə və ya evə qonaq gəldikdədə bu hallara rast gəlmək olar.

Həmçinin uşaq qıcıqlandıqda (çox dar geyim geyindikdə, kalqotkasında deşik olduqda, saçını kəsdirmək istədiyinizdə, sviteri onun başından keçirtməyə çalışdığınızda) bu kimi davranışlar göstərə bilərlər.

Qorxular erkən yaşda yaranır və müəyyən bir yaşa qədər davam edir. Bunun səbəbləri həddindən artıq fərqlidir. Qorxuların bir hissəsi kənar qıcıqlardan müdafiə məqsədi ilə yaranır və bu təbii müdafiə funksiyasıdır.

Rzayeva Turanə NPM-nin uşaq psixoloqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!