TDCS aparatı necə tətbiq edilir?

Transcranial Direct Current Stimulation (TDCS) terapiya birbaşa beyin sinir hüceyrələrinə təsir göstərərək, hüceyrələrarası cərəyan axınını stimullaşdırır və nizamlayır.

Necə tətbiq edilir?

TDCS cihazını qurmaq üçün elektrodları və dərini hazırlamaq lazımdır. Elektrodlar başın üstünə yerləşdirilir və adətən elastik bir kəmər ilə saxlanılır. Elektrodların diqqətli yerləşdirilməsi uğurlu tDCS texnikası üçün çox vacibdir. Beynin müəyyən bölgələrinə yerləşdirilmiş iki elektroddan biri “anod”, digəri isə “katod” adlanır. tDCS bir sahəyə elektrodlar vasitəsilə müsbət (anod) və ya mənfi (katod) cərəyanı tətbiq etməklə işləyir. Seans başladıqda cərəyan cihazdan elektroda sonra isə beyinə keçir. 1-2 Am arasında sabit cərəyan tətbiq edilir. Seans 25-30 dəqiqə davam edir. tDCS zamanı insanlar baş dərisində yüngül qaşınma və ya istilik hiss edirlər. Bu hisslər ağrılı deyil və seans bitdikdən sonra yox olur.

Aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur:

  1. Autizm sindromu
  2. Hiperaktivlik. Diqqət əksikliyi
  3. Əqli və nitq inkişaf geriliyi
  4. Anlamağın təkminləşdirilməsi
  5. Əhvalın yaxşılaşdırılması
  6. İnsult zamanı motorikanın bərpasının artması
  7. İnsult zamanı Broca afaziyasının yaxşılaşdırılması
  8. Depressiya
  9. Ağrıların azaldılması
  10. Yuxu pozuntusu
  11. Miqren ağrısının azaldılması
  12. Motor inkişafının ləngiməsi
  13. Siqaretə olan istəyin azaldılması
  14. Riyazi bacarığın təkminləşdirilməsi

Hansı hallarda tətbiq edilə bilməz?

Beyində tətbiq sahəsinə uzaq və ya yaxın olan metal cisim olanlara, başın içində metal implant və ya qulaq (eşitmə) aparatı olanlara, epilepsiyası olanlara tətbiq edilə bilməz.

Narınc psixologiya mərkəzinin
Gənclik filialının TDCS üzrə mütəxəssisi
Teymurova Nərmin

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });