23.09.2022 tarixində Qərbi Kaspi Universiteti ilə Narınc Psixologiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalandı.
Memoranduma əsasən Qərbi Kaspi Universitetinin Psixologiya ixtisasının ikinci təhsil üzrə təhsil alan IV kurs tələbələri artıq Narınc Psixologiya Mərkəzində aktiv tədris istehsalat təcrübəsində ola biləcəklər.
Karyera Mərkəzinin rəhbəri Ziyəddin Musayev bu təşəbbüsə görə mərkəzimizi təşəkkürnamə ilə təltif etdi.
İnanırıq ki, tələbələrimiz əldə etdikləri bu praktik təcrübə ilə universitetdə aldıqları nəzəri bilikləri daha da möhkəmləndirəcək və öz gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəklər.
Təklif və təşəbbüs üçün universitetin rəhbərliyinə, Karyera Mərkəzinin rəhbəri Ziyəddin Musayevə və aidiyyəti əməkdaşlara təşəkkür edirik!
Elmin inkişafı adına gənc kolleqalara dəstək olmaq hər zaman iş prinsiplərimizdən biri olmuşdur. Bakı şəhəri ilə yanaşı, regionlarımızda da psixologiya sahəsində peşəkar kadr potensialının formalaşmasında yaxından yer almaq qürurvericidir. Uğurlar, əziz tələbələr!