Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Gəncə Dövlət Universiteti ilə Narınc Psixologiya Mərkəzi arasında əməkdaşlıq

Gəncə Dövlət Universiteti İlə Narınc Psixologiya Mərkəzi arasında əməkdaşlıq memorandumu İmzalandı.

10.09.2022 tarixində Gəncə Dövlət Universiteti ilə Narınc Psixologiya Mərkəzi arasında əməkdaşlıq memorandumu izalandı.

Memoranduma əsasən Gəncə Dövlət Universitetinin Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri artıq Narınc Psixologiya Mərkəzinin Gəncə filialında aktiv tədris istehsalat təcrübəsində ola biləcəklər.

İnanırıq ki, tələbələrimiz əldə etdikləri bu praktik təcrübə ilə universitetdə aldıqları nəzəri bilikləri daha da möhkəmləndirəcək və öz gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəklər.

Təklif və təşəbbüs üçün universitetin rektoru, professor Yusif Yusifova və aidiyyəti əməkdaşlara təşəkkür edirik!

Elmin inkişafı adına gənc kolleqalara dəstək olmaq hər zaman iş prinsiplərimizdən biri olmuşdur. Bakı şəhəri ilə yanaşı, regionlarımızda da psixologiya sahəsində peşəkar kadr potensialının formalaşmasında yaxından yer almaq qürurvericidir. Uğurlar, əziz tələbələr!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!