Türkiyə Universitetləri arasında ilk 10-luqda yer alan Yıldız Teknik Universiteti Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq Memorandomu imzaladı. Memorandoma əsasən Yıldız Teknik Universitetisi möhürlü “Çocuk Gelişimi ve Psikolojisi” İxtisasArtırma kursu Psixologiya Elmi Tədqiqat İnstitutunda keçiriləcəkdir. 3 dekabr 2022-ci il tarixində ilk dərsi keçiriləcək İxtisasArtırma kursu 162 saat, 5 ay nəzərdə tutulmuşdur.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin Azərbaycan təmsilçisi, Psixologiya Elmi Tədqiqat İnstitutunun elmi işçisi, klinik psixoloq Narınc Rüstəmova da “Çocuk Gelişimi ve Psikolojisi” İxtisasArtırma kursunun ölkəmizdən dəvət olunan kursu tədris edəcək mütəxəssislərdən biridir. Eyni zamanda kurs Xarici və Yerli mütəxəssislər; Prof. Dr. Ali Yılmaz, Doç. Dr. Özkan Sapsağlam, Doç. Dr. Begüm Satıcı, Doç. Dr. Seydi Ahmet Satıcı, Dr. Öğr. Seher Merve Erus, Pedaqogika üzrə Fəlsəfə Doktoru, Korreksiya pedaqoqu, Loqoped Lalə İmanova, Klinik Psixoloq Nuriyyə Quliyeva təqdimatında tədris ediləcəkdir.
“Çocuk Gelişimi ve Psikolojisi” İxtisasArtırma kursuna yalnız Psixologiya, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası, Ailə və ev təhsili, Korreksiyaedici təlim, Məktəbəqədər müəssisələrdə, uşaq evlərində tərbiyəçi-müəllimə, Sosiologiya, Tibb, Pedaqogika ixtisasının məzunları və bakalavr üzrə təhsil alan tələbələri qatıla bilər.
Mütəxəssislər “Çocuklarla İletişim”, “Çocuk ve Ergenler İçin Psikolojik Testler” “Erken Çocuklukta Gelişim”, “Ebeveynlik ve Ebeveynlik Becerileri”, “Özel Gereksinimli Çocuklar ve Ebeveynleri”, “Erken Çocuklukta Karakter ve Değer Eğitimi”, “Erken Çocuklukta Duygusal ve Davranışsal Sorunlar”, “Erken Çocuklukta Duygusal ve Davranışsal Sorunlar”, “Çocuk ve Ergenlerde Pozitif Gelişim 1”, “Çocuk ve Ergenlerde Pozitif Gelişim 2″ ,”Orta Çocuklukta ve Ergenlikte Gelişim”, “Çocuklarda ve Ergenlerde Bağımlılık”, “Çocuklarda Öz-Disiplin”, “Çocuklarda ve Ergenlerde Okula Uyum”, “Çocuk gelişiminde klinik uygulamalar”, “Cinsel gelişim ve eğitim”, “Gelişimsel psikopatoloji”, “Üstün yetenekli çocukların gelişimi ve eğitimi”, “Montessori Yaklaşımı”, “Çocuklarda sosyal ve duygusal gelişim”, “Çocuklarda gelişimsel bozukluklar”, “Çocuklarda davranış bozuklukları” mövzularını tədris edəcəklər.
İxtisasArtırma kursunun sonunda iştirakçılar Yıldız Teknik Universitetinin Möhürlü Beynəlxalq sənədini əldə edəcək, eyni zamanda Uşaqların inkişaf dövrləri və istiqamətlərini nəzəri və praktik cəhətdən dərindən öyrənəcəklər.
Qeydiyyat üçün: 055 294 27 00 (What’s app / mobil)