Məhəmməd böyük dəyişimi ilə Təsir Dairəsində

Jalənin oğlu Məhəmməd böyük dəyişimi ilə Təsir Dairəsində

Lalə Azərtacın Təqdimatında həyata keçirilən Təsir dairəsi proqramında hər kəsin güclü qadın kimi tanıdığı Jalə ilk oğlu Məhəmməd üçün Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmovaya müraciət etmişdi.

Məhəmməd balamızda bir çox problemlər var idi. O, gecə enurezindən əziyyət çəkirdi. Yuxu terroru yaşayırdı, yuxudan oyanır, öz- özünə danışırdı. Yuxusunu ala bilmir deyə, aqressiya çox olurdu. Eyni zamanda davranış pozuntusu var idi. Məktəbdə uşaqların dərs oxumağına maneə olurdu. Heç kimlə yola getmirdi. Dostları yox idi. Evdə bacısı ilə yola getmirdi.

Biz çətin, zəhmətli bir yola çıxdıq. Birlikdə kompleks terapiya apardıq. Psixoloq, Loqoped və möcüzəvi aparatlarla böyük irəliləyişlər əldə etdik. Artıq məktəbdə heç kimlə dalaşmır. Yuxu terrorları olmur, hiperaktivliyi azalıb, enurez problemi aradan qalxıb. Evdə davranışlarının çox hissəsi düzəlib. Bacısı ilə düzgün münasibət qura bilir. Dərslərini özü oxuyur.

Məhəmməd balamız böyük dəyişimi ilə Təsir Dairəsində öz təşəkkürünü bildirdi.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!