🔻Narınc Rüstəmova aktual mövzulardan biri olan Huggy vuggy oyuncaqlarının uşaqların psixologiyasına təsirindən danışıb.
🔻“Bu barədə çox sual gəlirdi Xəzər Xəbər də buna biganə qalmadı, mövzunu araşdırdı. Mən də burda valideynlərə yardımçı ola bilmək üçün oyunun uşaqların psixikasına təsirindən, onlara qoyduğu fəsadlardan, bu durumda nə etmək lazım olduğundan danışdım.⬇️
🔻Huggy vuggy oyuncaqları ilə uşaqların ilk tanışlığı oyun vasitəsilə olub. Bu personaj ilk baxışdan çox şirin görünsə də oyunun irəliləyən dəqiqələrində, əgər sonda uduzursansa onun boyu 9 m qədər uzanır, üzərinə çox sürətlə gəlir, səni dişləyir və boğur. Bu dəhşətli səhnələr uşağın psixikasında izini qoyur, uşağı şiddətə meylləndirir və eyni zamanda qorxu yaradır. Gecə bu qorxular daha da qabarır, qaranlıqda haqi vaqinin gəlib onu oğurlayacağını, boğacağını düşünür. Xüsusən də ayaqyoluna getməkdən qorxurlar ki, bu da zaman keçdikdə altını islatmaq formasında özünü göstərir.
🔻Bununla bağlı müraciətlər son zamanlar xüsusilə çoxdur. İtaliyada 5 yaşında bir uşağın 3 yaşında qardaşını boğaraq öldürməsi hadisəsindən sonra bütün diqqətlər bu oyuna yönəlib. Hətta bəzi ölkələrdə bu oyun qadağan olunub.
Huggy vuggy tipli oyunlar uşaqların psixikasına çox mənfi təsir göstərir, şüuraltı olaraq uşaqlar düşünür ki, çətin situasiyaya düşəndə və ya məğlub olanda boğaraq, şiddət göstərək problemi həll etmək olar. Ailələr, atalar, analar xüsusəndə valideynlər işləyərsə evdə telefon, televizor dayə rolunu oynamağa başlayır. Çox zaman ailələr uşaqların oynadığı oyunlara, cizgi filmində baxdığı personajlara əhəmiyyət vermirlər. Amma yaxşı olar ki, valideynlər oyunu övladları ilə birlikdə oynasın, cizgi filminə bərabər baxıb müzakirə aparsınlar və mənfi təsir göstərənlərdən uşaqlarını uzaq tutsunlar.
🔻Huggy vuggy oyunu oynayan uşaqlarda həyəcan-təşviş, qorxu, şiddətə meyillik, davranış pozuntuları, aqressiya formalaşır. Buna analoq olan başqa bir oyun da vardır ki, Pokemon oyununda Pikaçu personajına bənzəmək üçün özlərini hündür mərtəbələrdən atmağa meyl göstərirdilər. ”O uçur, mən də uça bilərəm, yerə qona bilərəm” deyə düşünürdülər. 7 yaşına qədər uşaqların psixikası nisbətən həssas, təxəyyülləri yüksək olduğuna görə, gördüyü hər şeyi özünə rol modeli olaraq götürür və təkrarlamağa səy göstərir. Artıq 10-12 yaşından sonra uşaqlar reallıqla qeyri-reallığı ayırd edə bilirlər. Ona görə də 3-7 yaş qrupu bu baxımdan ən riskli yaş dönəmlərindən biridir. Valideynlər xüsusilə diqqətli olmalıdırlar. Bu yaş dönəmi uşaqlarda ölümü dərketmə, ölümlə bağlı sualların maraq doğurduğu dönəmdir. Ata,anasının qocalıb ölməsindən narahat olur, itirmə qorxusu yaşayır. Tez-tez “ana, sən qocalacaqsan?”, “sənin ölməyini istəmirəm”, “sən ölsən mənim anam kim olar”, ”mən nə vaxt öləcəm” kimi suallar verirlər. Şiddət içərikli belə oyunlar onların ölümlə bağlı qorxusunu, həyəcanını daha da artırır.”