Autizm spektr olan Firavan balamız uğurlu nəticəsi ilə Təsir Dairəsi efirində

Autizm spektr pozuntusundan, hiperaktivlik sindromundan və diqqət əskikliyindən əziyyət çəkən daha 1 balamıza Narınc Psixologiya Mərkəzi həyat qazandırdı.

Lalə Azərtacın təqdimatında həyata keçirilən Təsir dairəsi proqramı vasitəsilə mərkəzimizə Qubadan gəlmiş Firavan Əzizli müraciət etmişdi. Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova Firavan balamızı qəbul etdi, terapiyasını öz üzərinə götürdü. Anası balası üçün çox narahat idi. İlk gələndə, autizm spektr pozuntusundan əziyyət çəkirdi, autizm index şiddəti 79 idi. Öz yaşı 2 yaş 8 aylıq olmasına baxmayaraq, zəka göstəriciləri 6 ay səviyyəsində idi. Danışa bilmir, özünü idarə edə bilmirdi. Aqressiv idi, heç kimlə göz kontaktı qurmurdu, tualet təlimi yox, analama qavraması çox zəif idi. Biz çox çətin yola çıxdıq. 5 aylıq psixoloq, loqoped və möcüzəvi aparatlarla kompleks terapiya nəticəsində balamızı tam sağlamlığına qovuşdurduq.

Firavan artıq autizmi arxada qoyub, əlamətlərini inkar etdi. Nitqi açılıb, danışmağa başlayıb. Balamızın göstəriciləri öz yaşı səviyyəsindədir. Aqressivlik azalıb, anlama, qavraması artmışdır.

Firavan balamız ürək açan nəticəsi ilə Təsir Dairəsi proqramında öz təşəkkürünü bildirdi.

Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova bir daha valideynlərə səslənərək bildirdi ki, Autizm əlamətləri nə qədər erkən aşkarlanarsa, müdaxilə edilərsə tez aradan qaldırıla bilər.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!