BACI-QARDAŞ QISQANCLIĞI

BACI-QARDAŞ QISQANCLIĞI

Valideynlərin şikayətləndiyi mövzulardan biri də ailədə bacı-qardaşın düzgün münasibət qura bilməməsi, davamlı problemlər yaşaması, hansısa oyuncaq üstündə dava etmələri, qısqanclıq və s. problemlərdir. Psixoloqlar bildirir ki, burada vacib faktlardan biri uşaqlar arasındakı yaş fərqidir. 3-6 yaş eqosentrik dönəm kimi götürülür ki, bu zaman uşaqlarda mərkəzçilik olur ətraflarında baş verən hər şeyin mərkəzində özlərini görürlər, xüsusi diqqət və qayğı istəyirlər. Belə bir vəziyyətdə ailədə növbəti övladın dünyaya gəlməsi onlara qarşı qayğı və diqqətin əvvəlki kimi olmaması ilə nəticələnir. Belə ki, valideynlər yeni doğulan körpəyə daha çox zaman ayırır, diqqət edir bu da digər övladın psixologiyasına müəyyən dərəcədə təsir edir və onun yeni doğulan bacı və ya qardaşını qısqanmasına səbəb olur. Qeyd etdiyimiz yaş dönəmində bu proseslərin olması normal bir hal kimi qəbul edilir. 3-6 yaş arası uşaqlar ikinci qardaşı,bacını onlara diqqəti,sevgini həzm edə bilmir və beləcə ailədə valideyn-uşaq münasibətlərində problemlər yaranmağa başlayır. Yaşları arasında 1-2 il fərq olan uşaqlar və ya aralarında yaş fərqi 3-6 yaşı keçən uşaqlar bir-biri ilə dost münasibətində qala bilir,ciddi problem yaşamırlar. Qısqanclığı biruzə verməkdə uşaqları iki qrupa bölə bilərik: bəzi uşaqlar bunu açıq şəkildə göstərir və özündən sonrakı bacı-qardaşını qısqandığını valideynlərinə bildirirlər. Digər qrup uşaqlar isə hisslərini ifadə etməkdə çətinlik çəkir və qısqanclığını aşkar şəkildə bildirə bilmir.  Uşaqlar adətən belə hallarda xırda şeyləri də problem etməyə, kövrək olmağa başlayır ki, bu da valideynlər üçün siqnal olmalıdır. Belə ki, bu hərəkətləri ilə onlar özlərini kiçik bacı və qardaşlarına bənzətməyə çalışır sevilmədikləri duyğusunu göstərir və onlar kimi diqqət görmək istədiyini ifadə etməyə çalışırlar. Ən təhlükəli qısqanclıq tipləri şiddət şəklində özünü biruzə verəndir. Belə ki, bu tip uşaqlar özündən kiçik bacı və ya qardaşını itələyir, vurur, aqressiya nümayiş etdirirlər. Digər qısqanclıq tipləri isə sözlərlə və infantil davranışlarla ifadə olunur. Bəzi uşaqlarda isə bu xüsusiyyətlərin hər üçü də müşahidə edilir. Bu zaman valideyn obrazı daha qabarıq görsənməlidir, yəni onlar elə şərait yaratmalıdır ki, digər övladı yeni doğulan körpəni özünə rəqib kimi yox dost kimi görsün. Qısqanclığı, aqressiyası olan uşaqlar irəli yaşda davamlı özünü təstiqə ehtiyac durur, öz fikirlərini ifadə edə bilməkdə çətinlik çəkir və insanlara güvəni zəif olur. Psixoloqlar tövsiyə edir ki, belə davranış pozuntularının  yaranmaması üçün bu problemlər vaxtında aşkarlanmalı və korreksiya edilməlidir.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });