Şəhidimiz Rəhimli Muradın həyat yoldaşı və övladlarına Narınc Psixologiya Mərkəzi təmənnasız psixoloji dəstək göstərəcək.

Rəhimli Qəmər Şükür qızı İkinci Qarabağ müharibəsi şəhidimiz, Rəhimli Muradın həyat yoldaşıdır. Murad Rəhimli müharibə başlayan zaman evdə iki körpə övladlarını qoyub vətənin dar günüdə cəbhəyə yollanmışdır. İşğalda olan torpaqlarımızın azad edilməsi əməliyyatında qəhrəmanlıqla iştirak etmişdir.O, Suqovuşanda gedən qızğın döyüş əməliyyatları zamanı 30.10.2020-ci il tarixində həlak olmuş və şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Hacı Nuran bəyin bizə güvənərək, əmanət etdiyi Qəmər xanım həm özü, həm də, şəhidimizin yadigarları olan Məhəmməd və Hüseyn balalarımız üçün Narınc Psixologiya Mərkəzinə müraciət edib. Balaca balamız Hüseynin, atasından sonra nitqində geriləmələr yaranıb. Yaşıdları kimi ünsiyyət qurmaqda çətinlik çəkir, nitq ləngiməsi var. Məhəmməd balamızda isə psixoloji dəstəyə ehtiyac var. Belə ki, Məhəmməd balamız məktəbə gedir və onda yoldaşlarına qarşı aqressiya, kobudluq halları müşahidə edilir.

Çətin dönəmdən keçdiyi üçün, ağır şeylər yaşadığı üçün Qəmər xanımın da psixoloji dəstəyə ehtiyacı var və bu səbəbdən o həm də, özü üçün də müraciət edib.

Biz də Narınc ailəsi olaraq birlikdə əl-ələ verib həm Qəmər xanıma, həm də, iki gözəl balmıza əlimizdən gələn qədər kömək etməyə, dəstək olmağa çalışacağıq. Bu bizim borcumuzdur. Şəhid və Qazi ailələri, həmçinin Qazilərimiz hər zaman diqqət mərkəzimizdədir.

Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!