“ Uşağımı hansı dildə təhsilə yönəldim?”

“ Uşağımı hansı dildə təhsilə yönəldim?”

Son dövrlər valideynləri narahat edən və suallar ünvanladıqları mövzulardan biri də, uşaqların təhsil məsələsində dil seçimidir. Valideynlər bildirir ki, “Dil seçimini necə etməliyəm ki,uşaqlar həm rahatlıqla həmin dili öyrənə bilsin, həm də, irəli təhsil həyatında dil seçimi baxımdan problem yaşamasın”

Əvvəlcə bidirmək lazımdır ki, başqa bir dil bilmək və ya öyrənmək çox gözəl bir xüsusiyyətdir. Çünki, bir insan nə qədər çox dil bilərsə daha çox mütaliə edə bilər və çevrəsindəki insanlarla kontakta girməyi daha da asanlaşar. Uşaqlara dil seçiminə gəldikdə isə, qeyd etmək lazımdır ki, nitq inkişafı normal tempdə inkişaf edən uşaqların əgər evdə valideynləri başqa dildə danışımırsa, ünsiyyət qurmursa onların 4 yaşından tez əlavə bir dil öyrənəsi tövsiyə edilmir. Burda sual meydana çıxa bilər: “Niyə tövsiyə olunmur?” Çünki bu yaş aralıqları uşaqda nitq inkişaf dönəmi hesab edilir və bu zaman uşaq iki hətta bəzi ailərlərdə ikidən çox dil də danışıldığı üçün bir neçə dil arasında qalır. Bu da nəticədə uşağın nitq inkişafında problemlərin yaranmasın, nitq qüsuruna və nitq ləngiməsinə gətirib çıxara bilər. Hər bir dilin öz qanunauyğunluğu olduğundan uşaq tələffüz edərkən bəzən bunları qarışdıra və bir sözü başqa bir dildə, digər bir sözü doğma dilində ifadə edə bilər. Bu da ətrafdakılar tərəfindən onun nitqinin anlaşılmamasına gətirib çıxarır. Ona görə də, 4 yaşına qədər ailədə bir dilə üstünlük vermək lazımdır. 5 yaşın tamamında, uşaqda nitq inkişafı əvvəlki yaş dövrlərində normal gedibsə artıq bu yaşda uşaqlarda nitq inkişafı tam formalaşmış şəkildə olur və onlar sərbəst formada öz fikirlərini ifadə edə bilirlər. Artıq, qeyd edilən yaş dövründən etibarən uşaq məktəbəqədər hazırlıq dönəmində istənilən dilə yönləndirə bilər. Ancaq bildirmək lazımdır ki, bu zaman təxminən 2-3 ay uşaqda adaptasiya dönəmi başlayır. Yəni, bu həm bağçaya, həm ətrafındakı uşaqlara, həm də öyrənəcəyi dilə qarşı ola bilər. Belə vaxtlarda uşaqlarda stress, həyəcan-təşviş, hətta bəzi hallarda qusma, altını islatma halları da müşühidə edilə bilər. Ancaq, vurğulamaq lazımdır ki, bunlar çox ciddi və valideynlərin qorxacağı vəziyyət deyil, onların uyğunlaşma dönəmidir. Artıq, 2-3 ay sonra onlar adaptasiya olacaq və bu proseslər yaşanmayacaqdır. Bəzi valideynlər 5 yaşın gec olduğunu bildirir və səbirsiz davranaraq övladlarını daha erkən yaşda dil öyrətməyə, onunla evdə fərqli dildə danışmağa başlayırlar. Ancaq, bu doğru yanaşma deyil, ən ideal yaş 5 yaş ərəfəsi kimi təyin olunub.

Lakin, nitq inkişafında qüsurlar, ləngimə olan, məsələn: autizm sindromlu, disleksiyalı, kəkələməsi olan və s. uşaqlara əsasən əlavə bir dilin öyrədilməsi tövsiyə edilmir. İstisana hallar ola bilər ki, yəni həmin uşaq əgər başqa bir dili məsələn: ingilis dilini sevirsə, ona marağı varsa, ingilis dilində cizgi filmləri izləyirsə bu zaman psixoloq və loqopedin məsləhəti ilə ona başqa dil öyrətmək olar.

Uşaqlar kiçik yaşlardan anaları ilə daha çox vaxt keçirdiyi, analarına bağlı olduğu üçün ana hansı dildə danışırsa, hansı dili istifadə edirsə uşaq da o dili daha tez qavramağa başlayır. Bu nünasa da çox önəm vermək lazımdır, ətraf mühitin dilindən çox ana ilə olan dil, ünsiyyət dili kimi ölçülməlidir.

Dil seçimində valideynlərin etdikləri yanlışlardan biri də, uşaqlara paralel olaraq bir neçə dili öyrətməkdir. Bu da doğru yanaşma üsulu deyil. Belə uşaqlar dilləri bir-birinə qarışdıra, onları ayrı-ayrılıqda doğru qavraya və anlaya bilmir. Ona görə də bir müddət sonra onların danışıqları anlaşılmaz hala gələ və özlərini ifadə etməkdə çətinlik çəkə bilərlər. Bu səbəblərdən də, də valideynlər diqqətli olmalı və 4-5 yaşına qədər uşaqları vahid bir dildə tərbiyə etməlidirlər.

Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });