“44 günlük Vətən Müharibəsi Şəhidi İbrahimov Bəhruzun həyat yoldaşı övladları üçün Narınc Rüstəmovaya müraciət etdi”

Şəhid İbrahimov Bəhruzun xanımı Aygün Fərhadova övladı Fariz üçün Narınc Psixologiya mərkəzinə müraciət etdi. Şəhid, kiçik çavuş İbrahimov Bəhruz 1983-cü ildə Füzuli şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan  Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz İbrahimov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün kiçik çavuş Bəhruz İbrahimov şəhidlik zirvəsinə ucaldıqdan sonra medallarla təltif edilib. Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Fariz balamızın davranış pozuntusu var, tez-tez ağlayır, həmçinin atasının ölümü onun psixologiyasına mənfi təsir göstərib stessi, həyəcan-təşvişi daha da artıb. Atasında əvvəl də onda özünə qapanmalar müşahidə olunurmuş, ancaq atasının Şəhid olmasından sonra onda bu özünə qapanma halları, depressiv hallar çoxalmışdır, ünsiyyətə qapalılıq halı meydana gəlmişdir. Eyni zamanda yaşıdları ilə də düzgün münaibət qura, anlaşa bilmir. Bundan başqa telefona qarşı fobiyası var və balamızda özgüvən hissi də çox aşağıdır. Bacısı İbrahimova Aysunda isə, atasının Şəhid olmasından sonra nitq qüsuru və kəkələmə problemi yaranıb. Balamızın anası Aygün xanım bildirir ki, onun bu problemləri üçün bir neçə yerlərdə olub, ancaq təəssüf ki, yaxşı bir nəticə əldə edə bilməyiblər. Bu səbəbdən də, məhz onlar Narınc Psixologiya Mərkəzinə üz tutublar.

Biz də Narınc ailəsi olaraq Şəhidimizin əmanəti olan balamızın tezliklə problemlərindən qurtulması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik. Uğurlu nəticəmizi isə tezliklə bölüşəcəyik!

Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!