Əzizova Vüsalənin valideyni Əzizova Gülşən övladındakı qorxular və özgüvənsizlik kimi problemlərə görə bizə müraciət etmişdir. Həmçinin Vüsalə balamızda yaddaşsızlıq, diqqət əskikliyi kimi əlamətlər də müşahidə edilir. Həm də, onun sosial, emosional sferasında da inkişaf zəifdir. Valideyninin bildirdiyinə görə, onda qorxular çoxdur və bu hallar onda tez-tez təkrarlanır. Eyni zamanda həyəcan-təşvişi də var və qorxan zaman ağlamağa başlayır. Boyunun balaca olması, həmçinin digər problemləri onda özgüvənsizlik yaradıb.
Biz də Narınc Psixologiya Mərkəzi olaraq öhdəmizə düşən vəzifəni yerinə yetirəcəyik və qızımızın problemlərindən qurtulması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik. Vüsalə balanın ilk öncə özgüvənsizlik problemini aradan qaldırmaq lazımdır. Bunun üçün ona özgüvən-eqoterapiya gərəklidir. Daha sonra etablı şəkildə, onun üçün hazırlanmış xüsusi proqramımızla balamızın digər problemlərini həll etmək üçün terapiyalara davam etmək lazımdır. Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!