Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Hiperaktivliyi olan Heydər balanın terapiyasını Narınc Rüstəmova öz üzərinə götürdü

Heydər balanın 6 yaşı var və Tovuz rayonunda yaşayır. Bu yaşda uşaqlar artıq sərbəst danışa və öz fikirlərini ifadə edə bilsələr də, ancaq Heydər balada bu tam fərqlidir. Belə ki, balamızda nitq ləngiməsi, nitq qüsurları var, ona görə də o danışa bilmir. Danışa bilmədiyi üçün məktəbə də gedə bilmir, həmçinin bu probleminə görə ətrafı, həmyaşıdları ilə də anlaşa bilmir, problem yaşayır. Eyni zamanda aqressiv davranışlar sərgiləyir, əsəbidir, hətta əsəbiləşən zaman ətrafına, əşyalara xətər yetirə bilir. Danışa bilmədiyi üçün bəzən durmadan ağlayır, hiperaktivliyi var. Buna görə də, Heydərin yaşıdları kimi olması, danışması üçün ailəsi Narınc Psixologiya Mərkəzinə üz tutmuşdur.

Müayinələrimiz nəticəsi olaraq bildirə bilərik ki, Heydər balanın 6 yaşı olsa da nitqi 1 yaş və ya 1 yaş yarımlıq uşaqların nitqi kimidir, inkişaf etməyib. Həmçinin, testlərimiz sayəsində  balamızın zəka göstəricilərinin də yaşından aşağı olduğunu aşkarladıq. Belə ki, Heydər balanın zəka göstəricisi yaşından 3 il geridədir və 3 yaşlı uşağın zəka göstəricisi səviyyəsindədir.  Heydər balaya həm loqopedik, həm də psixoloji dəstək göstərəcəyik. Bundan əlavə balamıza eqoterapiya və diqqət əskikliyini aradan qaldırmaq üçün möcüzəvi aparatlarımızdan olan NeuroFeedback terapiyalarını tətbiq edəcəyik.

Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!