Kəkələməsi olan Simranın valideyni Narınc Rüstəmovaya müraciət etdi

Simran balamızın 9 yaşı var və 3 yaşından bəri onda kəkələmə var. Həmçinin Simran balamızda həyəcan-təşviş də  müşahidə olunur ki, bu da onun kəkələməsini tətikləyir və bu zaman balamız daha çox kəkələməyə başlayır. Bu da ona dərslərində mane olur, dərslərindən geri qalır. Eyni zamanda yaşıdları ilə münasibətində də kəkələmə problemi çətinliklər yaradır. Eləcə də, balamızda daxili gərginlik də müşahidə olunur ki, bu da kəkələməyə təsir edən mənfi faktorlardan biridir.

 Eyni zamanda məlum olub ki, Simran balamızın atasında da kəkələmə var. Belə ki, terapiyalara Simran bala ilə birgə atanı da cəlb edəcəyik. Onun da qızı ilə birlikdə bu problemdən qurtulması üçün  Narınc ailəsi olaraq əlimizdən gələn bütün dəstəyi göstərəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!