Baxşızadə Kamran İsa oğlu 1989- cu ildə Naxçıvan şəhərində anadan olub. O, 2004-2007-ci illərdə H.Əliyev adına hərbi liseyi, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasını oxuyub. Kamran Baxşızadə 2016-cı ildə aprel döyüşlərində iştirak edib və müxtəlif medallarla təltif edilib.
Qazimizin həyat yoldaşı Gülmirə xanım qızı Natalidə olan kəkələmə probleminə görə mərkəzimizə müraciət etmişdir. Anası bildirir ki, Natali balamızın qorxuları olduğu üçün kəkələməsi yaranıb. Ona görə də mərkəzimizə üz tutmuşdur. Həmçinin qazimizin oğlu Roman balamız üçün də Gülmira xanım aylar öncə bizə müraciət etmişdir. Roman balamız artıq terapiyasını uğurla başa vurub. İndi isə bacısı Natali qızımız üçün həm loqopedik, həm psixoloji, həm də aparat terapiyası tətbiq edəcəyik.
Biz də Narınc Psixologiya Mərkəzi olaraq qazimizin övladının tezliklə problemlərindən qurtulması və kəkələmədən problemsiz şəkildə danışması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik.
Uca Tanrıdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik!