Qadın və uşaq hüquqları ilə bağlı dövlət tədbirində uzman-klinik psixoloq Narınc Rüstəmova da iştirak etdi

Qadın və uşaq hüquqları ilə bağlı dövlət tədbirində uzman-klinik psixoloq Narınc Rüstəmova da iştirak etdi

3 oktyabr 2023-cü ildə “BMT-nin Uşaq Hüquqları Komitəsinin və Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsi üzrə Komitəsinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda konfrans keçirilib. Konfransda Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri-Bahar Muradova, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri-Ceyran Rəhmətullayeva, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri-Taliyə İbrahimova, Azərbaycan Respublikasının Qeri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin İcraçı Direktoru-Aygün Əliyeva, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova və digər dövlət qrumu nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri-Bahar Muradova açıb. Konfransada məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi, məsulliyyətli atalığa təşviq etmək, Əmək Məcəlləsinə 14 günlük ödənişli atalıq məzuniyyətinin daxil edilməsi ilə bağlı dəyişiklik layihəsinin qəbulunu sürətləndirmək üçün ünvanlı tədbirlər,həmçinin maarifləndirmə tədbirləri görmək məsələləri müzakirə edilib. Həmçinin konfransada ümumi əhali üçün gender əsaslı zorakılığın bütün formalarını o cümlədən məişət zorakılığı və cinsi zorakılığın xarakteri,eləcə də qadınların qisas,stiqma və ya təkrar viktimizasiyaya məruz qalmaqdan qorxmadan bu cür hallar CEDAW\C\AZE\CO\6  8 barədə hüquq-mühafizə orqanlarına şikayət edə bilməsinin vacibliyi barədə maarifləndirmə işlərinin gücləndirilməsi tədbirlərin görlməsi bildirilib.

Uzman-psixoloq Narınc Rüstəmova da çıxışında ailələrə, xüsusilə uşaqlara psixoloji yardımın göstərilməsindən danışıb. Narınc Rüstəmova bildirib ki, ələlxüsus evlilik öncəsi psixoloji hazırlıq diqqət edilməsi nüansdır. Belə ki, insanların bu münasibətə başlamamışdan əvvəl və ya evlilik öncəsi psixoloji müayinədən keçməsi əsas şərtlərdən biridir.  Cütlüklər arasındakı münasibətlərin və yaşanan problemlərin psixoloqlar tərəfindən tənzimlənməsi onların gələcək həyatına müsbət mənada təsir göstərə bilər. Uzman-klinik psixoloq Narınc Rüstəmova qeyd edib ki, bu proses həmçinin gələcəkdə sağlam ailənin formalaşmasına yardım edəcək, eyni zamanda ailədə zorakılıq hallarının və gələcəkdə travmalı bir uşaq böyüməsinin qarşısını alacaqdır.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!