Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Autizm spektr pozuntusunun müalicəsində erkən müdaxilə vacibdir!

Bilirik ki, autizm diaqnozu üç, dörd yaş yarımda qoyulur. Bəzən valideynlər uşaq bu yaşa çatana qədər gözləyir və mütəxəssisə müraciət etmirlər. Ancaq buu yanlış yanaşmadır. Təəssüf ediləsi məqamlardan biri də, bu fikri bəzən mütəxəssislərin, həkimlərin formalaşdırmasıdır. Autizm əlamətləri özünü artıq 1 yaşından etibarən özünü biruzə verməyə başlayır. Xüsusilə, inkubasiya dediyimiz “cücüərmə dönəmi” yaş yarımından etibarən özünü göstərməyə başlayır. Öncədən aktiv olan, gülən, oynayan, nitqində müəyyən qədər söz olan uşaq bu yaşdan etibarən passivləşirsə, reaksiyaları sönməyə başlayırsa, davamlı tək oynamağa başlayırsa valideynlər bu haldan şübhələnməli və bunu bir mütəxəssislə danışmalıdırlar.

18-ci ayında uşağın nitqində 30 söz yoxdursa, adına reaksiya vermirsə, dönən əşyalara maraq göstərirsə, özünə qapanmalar başlayıbsa bu valideynlər üçün siqnal olmalıdır. Belə uşaqlarla kompleks terapiya-loqoped, duyu bütünləmə, psixoloq reablitasiyası daha faydalıdır.

İndeksi 68-dən yuxarıdırsa demək, bu autizm risk qrupudur. Artıq müayinələr zamanı  indeks 84-dən yuxarı çıxarsa  autizmdə ağırlaşmış qrup hesab edilir.

Autizmdə erkən müdaxilə, professional dəstək və kompleks terapiya autizmlə mübarizədə ən vacib hissəni təşkil edir!

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

Psixoterapiya və konsultatsiyalar

Artıq 10 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!