Ailə daxilində şiddət uşaqlarda travma yaradırmı? - Aydınlıq gətirildi

Ailə daxilində şiddət uşaqlarda travma yaradırmı? – Aydınlıq gətirildi

“Ailədaxili şiddət və onun uşaq psixologiyasına təsiri, ələlxüsus ailədə uşaqlara qarşı istər fiziki, istərsə də psixoloji şiddət hər zaman müzakirə edilən və aktual olan mövzular sırasındadır”. Bu mövzu ilə bağlı SİA-ya açıqlamasında Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik psixoloq Narınc Rüstəmova qeyd edib.

Psixoloqun sözlərinə görə, uşağın həyatındakı ilk sosial mühit ailə mühitidir: “Ailədaxili münasibətlər, ailədəki fərdlərin bir-biri ilə münasibəti uşağın psixologiyasının formalaşmasında əsas faktorlardan biridir. Ailədə isə şiddət fiziki və psixoloji ola bilər. Qeyd etmək istəyirəm ki, bunlardan psixoloji şiddət daha böyük fəsadlar törədə və uşağın psixikasında dərin izlər qoya, travmalar yarada bilər. Avtoritar ailələrdə böyüyən uşaqlarda daima valideyn nəzarəti, basqısı altında olurlar. Belə uşaqlar hər zaman valideyn diktəsi altında hərəkət etdikləri üçün bir müddət sonra doğru və yalnışı ayırd etməkdə çətinlik çəkirlər. Həmçinin daima basqı və şiddət görərək böyüyən uşaqlarda ən böyük problemlərdən biri özgüvən əskikliyi olur. Eyni zamanda onlar irəliləyən yaşlarda cəmiyyətə adaptasiya olmağa, aktiv fəaliyyət göstərməyə çəkinir və bu məsələlərdə problemlər yaşayırlar. Ailədaxili şiddətin yaranma səbəblərindən biri ailədə fərdlərin bir-birini anlamaması, uşaq dünyaya gətirməyin məsuliyyətini dərk etməməsi və ən əsası evliliyə psixoloji cəhətdən hazır olmamalarıdır. Qeyd etmək istəyirəm ki, təəssüflər olsun ki, yaşlı nəslin müəyyən qismi bir çox hallarda problemlərin həllini cəza üsulu olaraq şiddət, zorakılıq göstərməkdə görür. Ancaq bu uşaq tərbiyəsi üçün hər hansısa məsələnin və problemin doğru çıxış yolu deyil.

Ümumiyyətlə, dünya praktikasına nəzər salsaq görərik ki, cütlüklərin evlənmədən öncə psixoloji müayinədən keçməsi vacib nüansdır. Cütlüklər arasındakı münasibətlərin və yaşanan problemlərin psixoloqlar tərəfindən tənzimlənməsi onların gələcək həyatına yaxşı mənada təsir göstərə bilər. Burada psixoloqun vəzifəsi evliliyə hazırlaşan cütlüklərin psixoloji olaraq bu prosesi necə dəyərləndirdiklərini, irəli dövrdə ailə həyatında baş verəcək problemlərə “immunitet” qazanmalarını, şəxsiyyət tiplərini və s. təyin etməsidir. Bununla da cütlüklərin anlaşaraq ortaq məxrəcə gəlməsi prososi asanlaşmış olur.

 

Son olaraq onu vurğulamaq istərdim ki, əlbəttə, uşaqların müəyyən yaşa qədər valideyn nəzarətində olması ən vacib nüanslardan biridir. Ancaq bu nəzarətin basqı, zorakılıq və şiddət səviyyəsində olmamasına diqqət etmək lazımdır”.Sevilin Abbasova

https://sia.az/az/news/social/1123068.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });