Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Bəzi uşaqlar niyə danışmır və İstədiklərini İşarə İlə göstərirlər?

Bəzi uşaqlar danışmaq istəmir və valdeynləri, ətrafı ilə “işarə diliylə” ünsiyyət qurmağa üstünlük verirlər. Uşaq danışmırsa, danışmaq istəmirsə və işarət dili ilə valdeynlərini başa sala bilirsə irəliki yaş dönənlərində də danışmaq istəməyəcək. Bu da tənbəlliyin bir əlamətidir və burda günahkar ilk növbədə valideynlərdir. Çünki, bir çox valideynlər övladı nə isə istədikdə, məsələn:çay deyə bilərik. Bu zaman uşaq qırıq-qırıq kəlimlər istifadə etdikdə və ya sözü düzgün tələffüz edə bilmədikdə ona müdaxilə edir və barmağı ilə istədiyi şeyi işarə etməyi öyrədirlər. Bu da təbii ki, asan və rahat olduğu üçün uşaq danışmaq və cümlə qurmaq istəmir. Bu proses belə davam edir və uşaq tənbəlləşir, daışmaq istəmir. Bu da müəyyən müddət  sonra nitq problemləri şəklində özünü göstərir. Bu zaman valideynlər nə etməldir?

Valideynlər yaxşı olar ki, uşaq  işarət dili ilə danışdıqda, nəyisə göstərdikdə onu anlamadıqlarını və istədiyini söz, kiçik cümlə şəklində deməyi istəsinlər. Belə olan halda uşaq məcbur qalıb qırıq-qırıq da olsa, qısa da olsa, bənzətməyə çalışaraq da olsa özünü ifadə etməyə başlayacaqdır. Belə olan halda getdikcə nitqi açılacaq və bir müddət sonra aydın şəkildə anlaşılmağa başlayacaqdır.

Təbii ki, əgər bu proses belə davam edirsə və uşaq danışmırsa zamanında mütləq mütəxəssis dəstəyi alınmalıdır. Əgər uşaq 1 yaş yarım və ya 2 yaşındadırsa və nitqi passivdirsə, davamlı işarə dili ilə danışırsa loqoped və psixoloq dəstəyi əsas şərtlərdən biridir.

Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, müəllimi Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!