Ağıllı kişilər ailədə necə davranır?

Ailə münasibətlərində ağıllı kişilərin etdiyi davranışlardan biri xanımın atasına dəyər verməsi, onunla münasibətini yaxşı etməsi və diqqət göstərməsidir. Qadınlar da ataları ilə həyat yoldaşını müqayisə edirlər. Ətrafımızdakı qadınların həyat yoldaşlarını ataları ilə müqayisədə onlara qarşı “atam əsəbiləşəndə belə etməzdi”, “atam kimi sən də çox təmkinlisən” və ya “atam kimi əsəbisən” və s. kimi ifadələrdən istifadə etdiyini görə bilərik. Hətta, məsələn: qadın atasını erkən aşlarında itiribsə bunu gələcəkdə həyat yoldaşına köçürə ona görə narahatlıq keçirə, yez-tez əlaqə saxlaya bilər.

Qadının gördüyü, alışdığı kimi modeli var. Bu da təbii ki, atasıdır. Belə ki, həyat yoldaşında da atası ilə müəyyən oxşarlıq və ya hər hansı ortaq bir xüsusiyyət gördükdə özünü sanki ö evində və daha da güvəndə hiss edir.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!