Psixoloqa İkinci psixoloq lazımdırmı?

Peşələrin hər birinin öz çətinıiyi olduğu kimi, psixoloq peşənin də ağırlığı, çətinliyi var. Təbii ki, insanlar psixoloqa gəlib öz dərdlərini,problemlərini danışırlar. Psixoloq da onları obyektiv dinləməlidir. Belə ki,“emosional yanma”nı ən çox yaşayan peşə sahiblərindən biri də məhz psixoloqlardır. Buna zamanında müdaxilə etməyən psixoloqlarda həqiqətən də, dərin depressiya hallarının, psixi pozuntuların yaranmasının şahidi ola bilərik. Ona görə psixoloqların özünə də bu prosesi aşmaqda kömək edə biləcək bir psixoloq lazımdır. Həmçinin bununla yanaşı, psixoloq boş zamanlarını düzgün bölməyi bacarmalı ona fayda verəcək fəaliyyətlərlə məşğul olmalıdır. Bunlar psixoloqun seansa verimliliyinə, iş fəaliyyətinə müsbət təsir göstərəcəkdir.

Həmçinin bildirmək lazımdır ki, insanlar arasında “psixoloq mənə məsləhət versin” kimi yanlış bir fikir formalaşıb. Bir mənalı şəkildə qeyd etmək lazımdır ki, psixoloq pasiyentə məsləhət vermir. Təəssüf ki, güzəran səviyyəsindəki psixoloqlar və peşəkar olmayan psixoloqlar bunu edir. İşini keyfiyyətli görən və peşəkar psixoloq pasiyentə məsləhət vermir, onun baxış bucağının dəyişilməsində, olduğu vəziyyəti daha yaxşı analiz etməyə və mənzərəyə başqa prizmadan baxmağa kömək olur.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!